Previous Next
Bağla

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015 17:34
Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin  monitorinqi keçiriləcək

Sentyabr ayından etibarən Dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri "Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilmişdir.

Xəbərlər-ə verilən məlumata görə, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri "Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən aparılır və keçən dövr ərzində 81 dövlət informasiya ehtiyatı və 164 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınmışdır.

Dövlət reyestrində qeydiyyata alınmış informasiya sistemlərində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə MHM tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir.

Monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetirilir:

 ­İnformasiya ehtiyatlarının FİN-ə uyğunluğu, fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili, informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması, fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu, digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi, informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması, informasiya sisteminin və ehtiyatlarının "Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu, informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı, dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri, dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması, qanunvericiliyə uyğun sair aidiyyəti məsələlərin monitorinqi.

Cari ilin sentyabr ayından etibarən Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi planlaşdırılır.

Bununla əlaqədar, müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə, Məlumat Hesablama Mərkəzi tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu (https://www.e-gov.az/monitorinq) hazırlanmışdır. Təşkil olunan sorğu əsasən aidiyyatı qurumların elektron idarəçilik, mülkiyyətində olan informasiya sistemləri, təqdim etdiyi elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, aidiyyatı qurumların sərəncamında olan informasiya sistemləri ilə informasiya mübadiləsi və digər istiqamətlər üzrə fəaliyyəti çərçivəsindədir.

Sorğunu cavablandırmaq üçün dövlət qurumlarından https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq "Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları doldurub təsdiq edərək kağız şəklində RYTN-in Məlumat Hesablama Mərkəzinə göndərmək xahiş olunur.

Belə monitorinqlərin keçirilməsində əsas məqsəd informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılması, mühafizə edilməsi, idarə olunması və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, texniki-proqram çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

03-07-2015

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

Dövlət qurumları MHM-in sorğusunu cavablandırır

18-06-2015

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

11-02-2015

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022

“Elektron hökumət” portalı ilə bağlı yenilik-Nazir təsdiqlədi

07-02-2023

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə