Previous Next
Bağla

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015 11:59
MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) dövlət reyestrlərinin yaradılmasının əsas məqsədlərini açıqlayıb.

MHM-dən Xəbərlər-ə verilən məlumata görə, dövlət reyestrlərinin yaradılmasında əsas məqsədlərə dövlət informasiya ehtiyatlarının uçotunun və monitorinqinin aparılması, dövlət informasiya ehtiyatlarının, onların təminat və mühafizə vasitələri ilə birlikdə informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin əlaqələndirilməsi, milli informasiya fəzasının formalaşdırılması işlərinin, o cümlədən mövcud və yeni yaradılan informasiya ehtiyatları arasında mübadilə və uzlaşdırma mexanizmlərinin tam, aktual və dəqiq məlumatlarla operativ təmin olunması, reyestrlə informasiya ehtiyatlarının lokal reyestrləri arasında informasiya mübadiləsi, sorğu-arayışların marşrutlandırılması işlərinin təşkilinə dəstək verilməsi, informasiyalaşdırma sahəsində təsnifatların və proqram-texniki həllərin unifikasiya edilməsi, informasiya ehtiyatlarının yaradılmasında pərakəndəlik və təkrarlanmanın qarşısının alınması məqsədi ilə şəffaflığın təmin olunması daxildir.

Bundan başqa, əsas hədəflərə dövlət informasiya ehtiyatlarının yaradılmasının və istifadəsinin səmərəliliyinin qiymətləndirilməsi, informasiya cəmiyyətinə keçid üzrə dövlət proqramlarının və elektron xidmətlərin göstərilməsi üzrə layihələrin həyata keçirilməsinə dəstək verilməsi, fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş əqli mülkiyyət hüquqlarının qorunmasına yardım edilməsi, informasiya ehtiyatlarını yaradan və ondan istifadə edən subyektlər arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması, qabaqcıl texnologiyaların tətbiqinin stimullaşdırılması, dövlət orqanlarının, həmçinin qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərin informasiya ehtiyatları haqqında məlumatlarla təmin olunması, statistik indikatorların müəyyən edilməsi və müvafiq hesabat işlərinin təşkili, vətəndaşların informasiya əldə edilməsi və fərdi məlumatların mühafizəsi sahəsində hüquqlarının təmin olunması da daxil edilib.

Qeyd edək ki, Elektron hökumət portalı haqqında Əsasnaməyə əsasən, dövlət informasiya ehtiyatlarının reyestri Elektron hökumət portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri Elektron hökumət portalının operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən aparılır.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

03-07-2015

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

RYTN-də daha bir direktor işdən çıxarıldı

11-01-2016

Dövlət orqanlarının internet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmini gücləndiriləcək

20-06-2012

“Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” qərara dəyişiklik edilib

25-08-2022

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

Elektron xidmətlərlə bağlı layihələrə rəy verilməsi qaydası müəyyənləşib

24-06-2025

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə