Previous Next
Bağla

Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

03-07-2015 13:10
Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

20 dövlət qurumu tərəfindən informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusu cavablandırılıb.

Xəbər verdiyimiz kimi, mövcud qanunvericiliyə uyğun olaraq ilin sentyabr ayından başlayaraq Elektron Hökumət portalının Operatoru tərəfindən dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqinin keçiriləcəyi planlaşdırılır.

Məlumat Hesablama Mərkəzi (MHM)-dən Xeberler.az-a verilən məlumata görə, bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.

Artıq aşağıda göstərilən 20 dövlət qurumu tərəfindən informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusu cavablandırılıb:

Kənd Təsərrüfatı Nazirliyi, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Dövlət Statistika Komitəsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi, Diasporla İş Üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə və Sənaye Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərsu ASC, Əmlak Məsələləri Dövlət Komitəsi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Azərenerji ASC.

Qeyd edək ki, monitorinqlər zamanı əsasən aşağıdakı məsələlərə diqqət yetiriləcək:

 İnformasiya ehtiyatlarının FİN-ə uyğunluğu, fərdi məlumatların mühafizəsinin müəyyən olunmuş tələblərə uyğun təşkili, informasiya ehtiyatlarında məlumatlar bazasının strukturu ilə tanışlıq, bazalar arası relativlik prinsiplərinin yoxlanılması, fərdi məlumatların toplanılmasının və işlənilməsinin mülkiyyətçi və ya operator tərəfindən bəyan edilmiş məqsədlərə uyğunluğu, digər əlaqəli informasiya sistemləri ilə informasiya mübadiləsi üsulları və kateqoriyalarının monitorinqi, informasiya sistemlərinin və ehtiyatlarının Portala qoşulması və onların tələblərə uyğunluğunun yoxlanılması, informasiya sisteminin və ehtiyatlarının "Elektron hökumət”portalı ilə əlaqəli olan komponentlərinin tələblərə uyğunluğu, informasiya sisteminin SOAP (SimpleObject Access Protocol) vasitəsilə sorğularla işləmə imkanı, dövlət orqanlarının informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasının təmin edilməsi məsələləri, dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılma imkanlarının araşdırılması, qanunvericiliyə uyğun və sair aidiyyəti məsələlərin monitorinqi.

Xatırladırıq ki, sorğunu cavablandırmaq üçün linkə e-imza vasitəsilə daxil olaraq "Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları doldurub təsdiq edərək kağız şəklində RYTN-in Məlumat Hesablama Mərkəzinə göndərmək olar.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumları MHM-in sorğusunu cavablandırır

18-06-2015

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Daha 3 dövlət qurumu anket sorğusunu cavablandırıb

11-08-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

Hansı dövlət qurumları “Elektron hökumət” portalına qoşulmayıb?

19-01-2015

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

11-02-2015

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

Elektron xidmətlərin sayı artır

27-07-2012

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

Ünvanlı sosial yardımın təyinatı sadələşdirilir

09-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə