Previous Next
Bağla

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015 17:43
Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) informasiya sistemlərinin “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılması məqsədilə mütəmadi olaraq monitorinqlər keçirir.

Mərkəzdən Xəbərlər-ə verilən məlumata görə, monitorinqlərin əsas məqsədi həm də, informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına “bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, texniki-proqram çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.

Monitorinqlər tam başa çatdıqdan sonra digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus informasiya sistemlərinin “Elektron hökumət” portalına qoşulması və uyğun servislərin verilməsi və eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.

Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri adıçəkilən portalın texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib.

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri “Elektron hökumət” portalının operatoru olaraq MHM tərəfindən aparılır. Reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılıb və keçən dövr ərzində 79 dövlət informasiya ehtiyatı və 155 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Dövlət qurumları MHM-in sorğusunu cavablandırıb

03-07-2015

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

“Elektron hökumət” portalı ilə bağlı yenilik-Nazir təsdiqlədi

07-02-2023

RYTN-də daha bir direktor işdən çıxarıldı

11-01-2016

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

“Vahid Miqrasiya Məlumat Sistemi” müzakirə edildi

29-10-2015

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı dəyişdi

20-04-2024

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin Siyahısı” genişləndirilib

21-11-2024

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013

Elektron hökumət portalı haradan və necə idarə olunur?- Fotoreportaj

27-02-2015

“Elektron prokurorluq” dövlət resurslarına inteqrasiya olunur

28-06-2022

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə