Previous Next
Bağla

Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi açılıb

05-03-2019 14:26
Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi açılıb

Tədbirdə iştirak edən nazir Sahil Babayev e-qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı ilə də görüşüb.

Xeberler.az  bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb. Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O bildirib ki, DSMF-də müasir iş və xidmət prinsipləri əsasında yeni Qəbul Mərkəzinin yaradılması da bu məqsədə xidmət edən bir addımdır. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə, vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb.

Nazir deyib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqətdə dayanır. S.Babayev yeni Qəbul Mərkəzi, burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator kurort yolllayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardımı ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır. Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri Mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib.

Tədbir çərçivəsində S.Babayev elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Tahirov Ramiz Tahir oğlu ilə də görüşüb. Pensiyaçıya müvafiq bank kartını və hədiyyə təqdim edən nazir bildirib ki, cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən pensiya təyinatının avtomatlaşdırılması nazirliyin proaktiv xidmətlər sahəsində ilk və uğurlu addımıdır. Artıq 5 min insan bu xidmətdən faydalanıb. Bu nümunə sosial təminat sisteminin bütün sahələrində tətbiq olunacaq.

R.Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda pensiyaların mütəmadi olaraq artırıldığına görə Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib

08-01-2019

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

Yanvar ayında 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub

04-02-2019

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

25-01-2020

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub

09-01-2019

Pensiya təyinatlarının 82 faizi e-qaydada həyata keçirilib

18-07-2019

e-sosial portalının aktiv istifadəçilərinin sayında artıb

23-07-2020

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019

Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

25-01-2023

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

07-07-2020

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə