Previous Next
Bağla

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018 10:18
DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

Vətəndaşlara bu və ya digər sosial təminat növünə yaranan hüquqları barədə əvvəlcədən məlumat göndəriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək.

Xeberler.az  bildirir ki, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək. Məlumat onların elektron ünvanına və ya telefonuna sms-lə göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.

Qeyd edək ki, “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılır. 2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

DOST mərkəzlərində vətəndaşların qəbulu məhdudlaşdırılacaq

14-03-2020

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

25-04-2025

DOST Agentliyi Ən yaxşı debüt sertifikatına layiq görülüb

07-12-2019

Son bir ildə “e-sosial”dan 17 milyon dəfə istifadə olunub

29-01-2026

On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib

21-12-2024

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Sosial sahə üzrə son on ayda 307 min elektron arayış verilib

28-11-2024

E-sistem vasitəsilə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

02-01-2020

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025

Son 5 ayda “e-sosial” portalından 6 milyon 700 min dəfə istifadə olunub

24-06-2025

On ayda “e-sosial”dan 13,8 milyon dəfə istifadə olunub

26-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə