Previous Next
Bağla

Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlib

14-01-2019 12:31
Sosial sahədə aparılan islahatlar bu sahədə xidmətlərin şəffaf, operativ və  əlçatan şəkildə təşkilinə yönəlib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdənşəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub.

Xeberler.az  bildirir ki, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb.

Artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və cari ildə Bakıda 3 “DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər “bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.

Eyni zamanda, Prezident cənab İlham Əliyevin 5 sentyabr tarixli Fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən “e-sosial” internet portalı yaradılıb. (www.e-sosial.az)

Məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması ilə işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradan “Məşğulluq” altsisteminin yaradılmasına başlanılıb və sistemin qurulması işləri artıq başa çatmaqdadır. “Pensiyaçının dostu” proqramı hazırlanaraq cari ilin əvvəlindən işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Bu il ərzində pensiya hüququ çatacaq şəxslərdən 70 faizinin pensiya hüququ yaranan gün və heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan məhz elektron qaydada pensiya təyinatı həyata keçiriləcək.

Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan “İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Bu proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

İşsizin dostu proqramına kimlər cəlb olunub?

14-10-2019

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018

Pensiya təyinatı artıq e-qaydada reallaşdırılacaq

09-10-2019

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019

“İşsizin dostu” proqramında ictimai işlə təmin olunan işçilərin siyahısı açıqlanıb

04-10-2019

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

25-04-2025

Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzi açılıb

05-03-2019

Son bir ildə “e-sosial”dan 17 milyon dəfə istifadə olunub

29-01-2026

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025

On ayda “e-sosial”dan 13,8 milyon dəfə istifadə olunub

26-11-2025

Pensiya təyinatlarının 82 faizi e-qaydada həyata keçirilib

18-07-2019

Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib

08-01-2019

DOST konsepsiyasının və e-sosial internet portalının təqdimatı keçirilib

21-11-2018

Səkkiz ayda “e-sosial”dan 10,5 milyon dəfə istifadə olunub

18-09-2025

Artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub

09-01-2019

Son 5 ayda “e-sosial” portalından 6 milyon 700 min dəfə istifadə olunub

24-06-2025

Yanvar-iyul aylarında “e-sosial”dan 9,3 milyon dəfə istifadə olunub

27-08-2025

TDT ölkələrinin nazirləri DOST Mərkəzində olublar

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə