Previous Next
Bağla

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019 18:18
Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salındı.

Xeberler.az bildirir ki, Nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemin tətbiqi ilə bağlı keçirilən
mətbuat konfransında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əmək, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib. O vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Artıq 15 min şəxsə pensiya hüquqları yarandığı gün onların heç bir quruma müraciət etməsinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan e-qaydada pensiya təyinatı aparılıb.

H.Məmişov bildirib ki, bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub. Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün, bu gün isə əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Digərləri də ilin sonuna qədər avtomatlaşdırılacaq.

Fond direktoru dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən əlilliyə görə müavinətin məbləğinin orta hesabla 100 faiz artırıldığını da bildirib. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov əlilliyin qiymətləndirilməsinin elektron sistem üzərindən aparıldığını, əlilliyə görə müavinət təyinatının da artıq e-qaydada aparılmasına başlandığını deyib. Bu yeni e-sistemin il ərzində təqribən 16 min vətəndaşı əhatə edəcəyini bildirib.

Sonra nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e- təyinat mexanizminin təqdimatını edib.

Qeyd edilib ki, nazirliyin “Əlillik” altsistemində hər hansı bir şəxsə əlillik dərəcəsi təyin edildikdən sonra bu barədə məlumat “Sosial ödənişlər” altsisteminə ötürülür. “Sosial ödənişlər” altsistemi pensiya hüququ olmayan əlilliyi olan şəxsə avtomatik aylıq müavinət təyin edir. Bu barədə vətəndaşa sms və həmin şəxs üçün ödəniş kartı sifarişi banka göndərilir. Şəxs sms-də qeyd edilmiş bank filialına 15 gün sonra yaxınlaşaraq ödəniş kartını götürür. Şəxsin telefonu olmadıqda 142-Çağrı mərkəzi və ya “e-sosial” internet portalı vasitəsilə, yaxud nazirlik yanında DSMF-nin müvafiq ərazi üzrə şöbəsindən məlumatı ala bilər.

Bununla da, əlilliyə görə pensiya təyinatı kimi, əlilliyə görə müavinət təyinatı da elektron qaydada aparılacaq. Bunun üçün vətəndaşın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac yoxdur, həmin müavinət ona avtomatik təyin ediləcək.

Bəzi kateqorioyalara aid əlilliyi olan şəxslərə təqaüdlərin təyinatı da yaxın günlərdə elektronlaşacaq. Beləliklə, 2019-cu ilin ötən dövründə qurulan dörd növ müavinət və təqaüdün e-təyinatı sistemi - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı (ildə təqribən 130 min), sağlamlıq imkanları məhdud uşağa aylıq müavinətin təyinatı (ildə təqribən 7,5 min), həmin uşaqlara qulluğa görə Prezidentin təqaüdünün təyinatı (ildə təqribən 7,5 min) və əlilliyə görə aylıq müavinətin təyinatı (ildə təqribən 16 min) e-sistemləri il ərzində təqribən 161 min insanı əhatə edəcək.

Müavinət və təqaüdlərin təyinatının avtomatlaşdırılması tədbirləri başa çatdıqdan sonra isə illik təqribən 180 minədək təyinat vətəndaşların hər hansı bir ünvana getmələrinə, sənəd təqdim etmələrinə ehtiyac olmadan, tam elektron şəkildə, proaktiv qaydada həyata keçiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sağlamlıq imkanları məhdud uşaların müavinət  təyinatı elektronlaşdırılıb

Sağlamlıq imkanları məhdud uşaların müavinət təyinatı elektronlaşdırılıb

13-11-2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni e-xidməti istifadəyə verib

10-12-2019
107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

107 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb

07-10-2021
200 minədək təyinat e-qaydada aparılıb

200 minədək təyinat e-qaydada aparılıb

07-01-2020
Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

Sosial müavinətlərin təyinat sistemi elektronlaşdırılır

16-09-2019
51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24-02-2020
71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

14-05-2020
Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı  e-sistem üzərindən proaktiv qaydada aparılıb

Yarım milyon pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

17-01-2023
30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

11-04-2020
40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

25-01-2020
103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

103,5 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib

10-10-2020
85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub

07-07-2020
6 yeni e-arayış xidməti istifadəyə verilib

6 yeni e-arayış xidməti istifadəyə verilib

05-12-2019
456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

456 mindən çox pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib

16-09-2022
Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

Uşağın anadan olmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb

12-10-2019
Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

Birdəfəlik müavinətlərin elektron qaydada təyininə başlanıb

21-10-2019
Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

23-01-2019
Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

Sosial müavinətlərin elektron təyinatı sistemi yaradılır

09-01-2019
Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019
95 mindən çox şəxsə e-qaydada pensiya və  müavinət, təqaüd təyin olunub

95 mindən çox şəxsə e-qaydada pensiya və müavinət, təqaüd təyin olunub

29-08-2020
 Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

Sosial ödənişlə bağlı artımlar e-qaydada aparılır

25-01-2023
Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

18-04-2022
7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

7000 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb

29-03-2019
Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə