E-gov.tv “Bakutel 2014” sərgisinin rəsmi media tərəfdaşıdır

02-12-2014 / 11:30

“Bakutel” sərgisi çərçivəsində  dekabr 2-i saat 14:00-da Bakı Ekspo Mərkəzində e-gov.tv portalının təqdimatı ilə bağlı KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Xeberler.az bildirir ki, portal elektron hökumət və elektron xidmətlərin daha ətraflı təqdim olunması üçün internet televiziyasi formatlı platformadır. Layihə təşəbbüs olaraq Azərbaycanda yaradılıb və özündə həm yerli, həm də qlobal elektron idarəçilik üzrə layihələrin təşviqi, onlara aid xəbər, reportaj film, təhlil materiallarını, ekspertlərin fikirlərini əks etdirir. Portal həmçinin ölkədə və dünyada İKT sahəsində yenilikləri, onların müvafiq ölkələr və layihələrə tətbiqi haqqında da məlumatları işıqlandırır. Təqdimatda yalnız media və müstəqil bloqçuların iştirakı nəzərdə tutulur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.