“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010 / 02:32

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Elektron məktəb” (“E-Məktəb”) sistemi 10 məktəbdə tam istifadəyə verildi.

“Ultra” şirkəti və onun tərəfdaşları tərəfindən tətbiq edilən sistemə artıq Avropa liseyi, 20, 6, 60, 160, 8, 23, 7 saylı məktəblər, akademik Zərifə Əliyeva adına məktəb və Elitar Gimnaziya qoşulmuşdur. 

“E-Məktəb” sisteminə qoşulmuş məktəblərin müəllimləri artıq servis və xidmətlərdən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi ilə əlaqədar pilot məktəblərin bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.

“E-Məktəb” layihəsi çərçivəsində artıq pilot məktəblərin şagirdlərinin valideynləri də bu inteqrasiya həllindən yararlana biləcəklər. Beləliklə, tam istifadəyə verilmiş sistem üzrə valideynlər öz övladlarının qiymətlərini Azərbaycan Respublikasının Təhsil Portalının (www.edu.az) “Valideyn Nəzarət Səhifəsi”-nə keçid almaqla öyrənə bilərlər. Bunun üçün məktəblər tərəfindən verilmiş istifadəçi adı və şifrədən istifadə etmək lazımdır.

Qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən və “Ultra” şirkətinin, “Azedunet”, “Mədəd” təşkilatlarının tərəfdaşlığı ilə həyata keçirilir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə