Previous Next
Bağla

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022 23:30
EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) yerli icra hakimiyyətləri ilə görüş keçirib. Görüşdə “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı üzrə yerli icra hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsi, portal çərçivəsində görülən işlərin genişləndirilməsi, yaranan problemlərin araşdırılması və həll edilməsi, rəqəmsal savadlılığın ölçülməsi kimi mövzular müzakirə olunub. Bununla yanaşı görüşdə xidmətlərin dizaynı ilə bağlı geniş müzakirələr aparılıb, bu istiqamətdə icra hakimiyyətlərinin rəy və təklifləri nəzərə alınıb.

Xeberler.az bildirir ki, Rih.gov.az portalı 2021-ci ilin noyabr ayında vətəndaşların sərəncamına verilib. Portal qərar qəbuletmə prosesində çevikliyin artırılması, rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsi kimi məqsədlərə hədəflənib.

Portalda vətəndaşlar üçün bir sıra modullar yaradılıb:

• Xidmətlər modulu vasitəsilə vətəndaşlar müxtəlif xidmətlərə, o cümlədən yerli icra hakimiyyətləri tərəfindən təqdim edilən xidmətlərə elektron qaydada müraciət edə bilərlər;

• Vətəndaş qəbulu modulu vasitəsilə vətandaşlar müvafiq yerli icra hakimiyyəti orqanı ilə onlayn və ya yerində görüş üçün müraciət edə bilərlər;

• E-iştirakçılıq modulu vasitəsilə vətəndaşlar tərəfindən təşəbbüs göstərilərək yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətləri çərçivəsində ictimai aktual mövzular üzərində sorğular yaradıla bilər. Yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunduqdan sonra vətəndaşlar bu sorğu üzərində səs vermə təşkil edə bilərlər;

• Məlumatlandırma modulu vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkündür.

2022-ci ildə EHİM tərəfindən bütün yerli icra hakimiyyətləri üçün onlayn formatda təlimlər keçirilib. Hazırda bütün icra hakimiyyətləri portala inteqrasiya olunub. Vətəndaşlar “ASAN Login” vasitəsilə rih.gov.az-a keçid etməklə, portalın yaratdığı bütün imkanlardan istifadə edə bilərlər.

Təlimat videosu: https://youtu.be/UsvmhU9w3eI 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

EHİM yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb

24-02-2022

Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

06-05-2021

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018

Yerli icra hakimiyyətlərinə aid 22 xidmət elektronlaşdırılıb

30-06-2015

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015

Portal üzərindən 20-dən çox yeni xidmət istifadəyə verilir

29-11-2015

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar ?

06-06-2024

Saytı ən çox ziyarət edilən dövlət orqanları - SİYAHI

07-07-2021

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023

ASAN ödəniş terminalları xidmət göstərməyəcək

11-05-2018

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

28-06-2016

Dövlət qurumlarının infromasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyət araşdırılıb.

18-06-2012

Vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq mümkün oldu

03-04-2015

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

Azərbaycanda yeni elektron xidmətlər istifadəyə veriləcək

23-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə