Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015 / 13:27

Multimedia Mərkəzi  dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqini aparır.

Xəbərlər-in məlumatına görə, bu il həyata keçiləcək monitorinq prosesində 75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s. ) və  67 Yerli icra orqanının  (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.

Monitorinq başlayandan indiyədək  30  Mərkəzi icra orqanı və 20 yerli icra hakimiyyəti orqanının İnternet resursu monitorinq olunub. Araşdırmaların nəticələri www.informasiya.org saytında yerləşdirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Monitorinq prosesi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq şəraitində keçirilir.

Multimedia Mərkəzi 2006-cı ildən başlayaraq hər il sistemli və ardıcıl şəkildə dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır, onlayn şəffaflıq üzrə müvafiq hesabatlar və reytinq cədvəlini tərtib edir.

Monitorinq prosesi mərkəz tərəfindən hazırlanan Metodika əsasında həyata keçirilir. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən məlumatların,  xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub. Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında” qanun və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla hazırlanıb.

Yerli icra hakimiyyəti orqanlarının monitorinqi məqsədilə
hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən 50 parametr üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub.

4 ay davam edəcək monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə reytinq  cədvəlinin və yekun hesabatın hazırlanması nəzərdə tutulub.

 

Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.