“Ekologiya və Uşaqlar” mövzusunda Ümumrespublika Forumu keçirilib

09-12-2024 / 21:09
5 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. Forumun əsas mövzusu “Ekologiya və uşaqlar” olmuşdur.
 
Xeberler.az məlumat verir ki, tədbir çərçivəsində uşaqlar rəsmi nümayəndələrlə birbaşa dialoq aparmış, suallarını ünvanlamışdır. Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov iştirak etmiş, uşaqların rəqəmsal təhlükəsizlik mövzusundakı suallarını cavablandırmışdır.
 
Forum zamanı uşaqlar ekspertlərin iştirakı ilə yeddi mövzu üzrə müzakirələr aparmışlar. Bu mövzular çərçivəsində Xidmətin əməkdaşı “Uşaqların internet təhlükəsizliyi - Yaşıl İKT” mövzusunda təqdimatla çıxış etmiş və uşaqları məlumatlandırmışdır. Sözügedən mövzu üzrə 42 nəfər maariflənmiş və təqdimat hazırlayıb müzakirələrin yekun nəticələri haqqında məlumat verərək, təkliflərlə çıxış etmişlər.
 
Tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaqla yanaşı, qardaş Türkiyə Respublikasını təmsil edən uşaqlar da fəal şəkildə iştirak etmişdir.
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə