Previous Next
Bağla

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015 17:48
Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir.

Xeberler.az bildirir ki, bu aylıq çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 5 noyabr tarixində “Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbir keçirib. Tədbirdə Səbail rayonu 6 nömrəli məktəbin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayonu 49 nömrəli “İntellekt” məktəb liseyinin, Binəqədi rayonu 83 nömrəli məktəb-liseyinin şagirdləri, Ümidli Gələcək Gənclər təşkilatının, eləcə də Azedunet-in əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarına Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verilib.

Daha sonra Mərkəzin əməkdaşı Ləman Hüseynzadə “Uşaq hüquqları” mövzusunda xüsusi təqdimatla çıxış edərək BMT-nin Uşaq Hüquqları Konvensiyası barədə qısaca məlumat verərək, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının qanununa, eləcə də Ailə Məcəlləsinə əsasən uşaqların sahib olduğu hüquqlar, eləcə də qarşılarında duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Mərkəzin əməkdaşı Aysel Hadiyeva “Uşaqların internet təhlükəsizliyi” mövzusunda təqdimatla çıxış edərək uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat vermiş, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması, şantaj olunması və aldadılaraq ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması barədə uşaqları xəbərdar edib. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən hansı təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə tövsiyələrini vermiş və sonda mövzu üzrə uşaqların verdiyi sualları cavablandırıb.

Tədbirin sonunda Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanmış “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” adlı maarifləndirmə xarakteri daşıyan kitabçalar tədbir iştirakçılarına təqdim olunub.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Xidməti məktəblərdə təlimlər təşkil edib

02-12-2022

1200 müəllim və şagirdə internetdən təhlükəsiz istifadə təlimi keçirilib

10-02-2021

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024

Elektron Təhlükəsizlik Xidməti orta məktəb müəllimləri üçün vebinar keçirib

17-09-2020

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

20-11-2019

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025

“Mobil təhlükəsizlik imkanları ilə uşaqları kibertəhlükədən qorumaq olar”

30-09-2015

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018

Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

15-04-2025

ETX və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” məktəblilərə maarifləndirmə tədbiri keçirib

05-11-2024

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

ETX və “Beynəlxalq Təhsil Mərkəzi” şagirdlər üçün maarifləndirmə tədbiri keçirib

13-12-2024

Ramin Quluzadə məktəblilərlə görüşüb

22-08-2017

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

Uşaqların internet təhlükəsizliyi müzakirə ediləcək

20-11-2017

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçiriləcək

04-11-2014

Provayderlər və mobil operatorların üzərinə yeni öhdəliklər qoyulacaq

12-04-2016

“Ekologiya və Uşaqlar” mövzusunda Ümumrespublika Forumu keçirilib

09-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə