Previous Next
Bağla

Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

14-03-2019 16:35
Azercell VI Regional İnternet İdarəçilik Forumunda iştirak edib

Ölkəmizdə kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədi ilə 11 - 15 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kibertəhlükəsizlik həftəsi” keçirilir.

Xeberler.az  bildirir ki, “Azercell Telekom” MMC-nin də fəal iştirak etdiyi “Kibertəhlükəsizlik Həftəsi” çərçivəsində fərqli qurumların dəstəyilə müxtəlif forum və tədbirlər, müsabiqələr təşkil olunur. Mart ayının 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilib. Forum region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunub. Hökumət, biznes və diplomatik korpusların səlahiyyətli nümayəndələri, elmi dairələrin və vətəndaş cəmiyyətinin, eləcə də internet ictimaiyyətinin mütəxəssislərinin çıxış etdiyi forumda “Azercell Telekom”MMC-nin Korporativ Ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya “Uşaqlar üçün təhlükəsiz internet” mövzusunda şirkətin həyata keçirdiyi layihələr barədə danışıb. Nigar Şıxlinskaya çıxışı zamanı ölkənin lider mobil operatoru olan Azercell şirkətinin kiber-təhlükəsizlik və internetdən təhlükəsiz istifadə məsələlərinə həm texniki, həm də Korporativ Sosial Məsuliyyət siyasəti baxımından böyük diqqət ayırdığını bildirib.

Məlumat üçün bidilrək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4- dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Daha bir təlim isə martın 11-də Gəncə şəhərində başlayıb. Martın 15-nə qədər davam edəcək təlimdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Burada məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. 

Qeyd edək ki, VI Regional İnternet İdarəçilik Forumunun (RİİF) əsas məqsədi daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internet tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün ideal platformadı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Kibertəhlükəsizlik Həftəsinə qoşulub

12-03-2019

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019

Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

13-05-2019

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

03-12-2015

Bakıda VI Regional İnternet İdarəçilik Forumu keçirilir

13-03-2019

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

19-10-2018

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

Azercell-in dəstəyi ilə Quba məktəbliləri üçün təlim keçirilib

22-05-2019

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

İnternetdəki təhlükələrdən xəbərdarsınızmı?

25-09-2018

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə