Previous Next
Bağla

"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz

11-08-2025 14:55
"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz
"Son zamanlaradək "ASAN İmza" sertifikatlarının verilməsilə bağlı statistikalarda ancaq artım gözə dəyirdi.
 
"Xüsusilə də, SİMA rəqəmsal imzası Azərbaycanın identifikasiya bazarına daxil olandan sonra Asan imza sahibləri qısa zamanda bazarı daha çox ələ keçirmək üçün marketinq və reklama xeyli resurs ayırmışdılar. 2024-cü ildə də xeyli də Asan imza sertifikatı satmışdılar".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, artıq situasiya dəyişib:
 
"Elə ötən günlər açıqlanan rəsmi məlumatlardan görmək olar ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 281 510 ədəd ASAN İmza sertifikatı verilib.
 
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24% azalma deməkdir. İndiyədək belə ciddi azalma müşahidə edilməyib.
 
ASAN İmza fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də dövlət qulluqçuları üçün təqdim edilir.
 
Xatırladıram ki, son zamanlar SİMA rəqəmsal imzası xeyli populyarlaşıb, inteqrasiya xeyli genişlənib. Bir müddət öncə açıqlama verilmişdi ki, AZCON tərkibində olan AzİnTelecom və DVX bu imzanı artıq sahibkarlar üçün ən vacib sahə olan vergi infrastrukturuna da tam inteqrasiya ediliblər".
 
Osman Gündüz düşünür ki, Asan imza sertifikatlarının sayının 24% azalması məhz SİMA imza sertifikatlarının artması, xüsusən də biznes sektora inteqrasiyasının güclənməsilə bağlıdır:
 
"Hələlik hüquqi şəxslər üçün, dövlət qurumları üçün SİMA ilə bağlı məhdudiyyətlər qalır.Prosesin xeyli uzanması maraqlı tərəflərin olduğunu da göstərir.
 
Ümid edirəm bu sektora da inteqrasiya tez başa çatar.
 
Gözləmək olar ki, bundan sonra rəqəmsal imza sektorunda rəqabət daha da artacaq və bu da xidmət keyfiyyətinin artmasına və qiymətlərəin daha əlçatan olmasına imkan yaradacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

13-05-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“ASAN imza” sertifikatlarının sayı açıqlanıb

12-11-2016

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

E-imza sertifikatlarının sayı açıqlandı

09-02-2016

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə