Previous Next
Bağla

"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz

13-05-2025 11:22
"Asan imza"nın inhisarçılığı başa çatdı - Osman Gündüz
"Nəhayət ki, SİMA Dövlət Vergi Xidmətinin fərdi sahibkarlar üçün nəzərdə tutulan xidmətlərinə inteqrasiya olunub. Yəni bundan sonra sahibkarlar new.e-taxes.gov.az portalında elektron qaiməni, vergi bəyannamələrini SİMA rəqəmsal imza ilə rahatlıqla təqdim edə biləcəklər. 6 ay müddətində tətbiqdən abunə haqqı ödəmədən istifadə etmək imkanı da yaradılıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, indiyədək yalnız xarici şirkətə (Best Solutions) məxsus identifikasiya vasitəsi olan “ASAN imza” ilə bu xidmətləri əldə etmək olardı:
 
"Hazırda təxminən 1 milyonadək aktiv "Asan imza" istifadəçisi var. Yəni Best Solitions şirkəti hər ay 2 milyondan manatdan çox bu resursdan gəlir götürür. Yəni yetərincə gəlirli bir sektorda- identifikasiya bazarında indiyədək rəqabətli bir mühit yox idi.
 
Xatırladıram ki, SİMA-nın DVX-yə inteqrasiyası 2 il çəkib. Bu haqda çox yazılıb. Hiss olunurdu ki, inteqrasiyada maraqlı olmayanlar da var. Maraqlı olmayanlar da sektorda hamıya məlum idi.
 
Son zamanlar DVX-nin rəqəmsal transformasiyasına xeyli vəsaitlər yatırılıb, AVİS sisteminin söykəndiyyi İT infrastruktur xeyli inkişaf etdirilib. Bir müddət öncə DVX mobil tətbiq də istifadəyə verib".
 
Osman Gündüzün sözlərinə görə, yenicə AZCON Holdinqin tərkibinə qatılan AzİnTelecom da biometriyaya əsaslanan SİMA rəqəmsal imza infrastrukturunu xeyli genişləndirib:
 
"SİMA-nın populyar və ictimai əhəmiyyət kəsb edən biznes xidmətlərinə inteqrasiyası sahəsində, Azərbaycanın imza bazarında rəqabətli mühitin formalaşması sahəsində DVX və AzİnTelecom-un səyləri təqdirə layiqdir.
 
Bütün bunlar ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
 
Düşünmək olar ki, bununla da adında ASAN sözü olmasına baxmayaraq ASAN Xidmətə dəxli olmayan, xarici şirkətə məxsus identifikasiya vasitəsinin- ASAN imza-nın inhisarçılığına son qoyuldu.
 
Lakin nəzərə almaq lazımdır ki SİMA–nın hələlik hüquqi şəxslər və dövlət qurumları üçün inteqrasiyası başa çatmayıb".
 
Ekspert ümid edir ki, SİMA-nın dövlət sektoruna, biznes mühitinə inteqrasiyanı də tezliklə başa çatdırarlar:
 
"Yeri gəlmişkən, həm də ümid edirəm ki, sahibkarlar üçün güzəşt müddəti başa çatdıqdan sonra SİMA rəqəmsal xidmətindən istifadə üçün tariflər də əlçatan olacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

"ASAN İmza"nın eniş dövrü başlayıb - Osman Gündüz

11-08-2025

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

Aktiv “Asan imza” istifadəçilərinin sayı niyə açıqlanmır?

10-08-2023

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025

“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatıb

30-12-2025

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” ilə “Həyatın yaşam sığortası”nı məsafədən əldə etmək mümkün oldu

03-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə