Previous Next
Bağla

Ekspert: İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

06-02-2025 16:11
Ekspert: İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?
"Bu gün saat 10-da adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start verilməliydi. Yəni İpoteka və Kredit Zəmanət Fondu məhz bu saatda ipoteka kreditləşməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin verilməsi üçün limitlərə müraciətləri qəbul etməliydi.
 
"Verilməliydi", "etməliydi" sözünü ona görə qeyd edirəm ki, iştirakçıların xeyli hissəsi prosesin baş tutmadığını bildirirlər. Müzakirələr, şikayətlər hələ də davam edir".
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib.
 
Ekspertin sözlərinə görə, rəsmi resursun saat 10-da edilən müraciətlərə cavab vermədiyi, seçimin mümkün olmadığı, ümumiyyətlə müraciətin mümkün olmadığı və sistemin çökdüyü bildirilir. Sonradan daxil olduqda isə limitlərin bitdiyi qeyd edilib:
 
"Müraciətlər "Elektron ipoteka və kredit zəmanət “sistemi üzərindən SİMA Token və ya Asan İmza vasitəsilə həyata keçirilir.
 
İstifadəçilər İpoteka və Kredit Zəmanət Fondunun sosial hesablarında bununla bağlı müzakirələrdəki rəylərinin silinməsindən də şikayətlənirlər. Baş verənlər, əlbəttə təəssüf doğurur".
 
Osman Gündüz bildirib ki, Dövlət xidmətlərinin reallaşmasında texnologiyaların tətbiqi insan amilinin minimuma endirilməsi, şəffaflıq baxımından effektiv olsa da, bütün bunlar sonda vətəndaş məmnunluğuna gətirib çıxarmalıdır. Əgər bu baş vermirsə onda demək hardasa səhvlərə qüsurlara yol verilib:
 
"Düşünürəm ki, Fond baş verənlərlə bağlı ağlabatan açıqlama verməlidir. Problemin haradan qaynaqlandığına (sistemin özü ilə bağlı, daxil olmaqla bağlı, bankların seçimi ilə bağlı və s), insan amili ilə bağlı sui-istifadə risklərinə, kiber hücumla bağlı məsələlərə aydınlıq gətirməlidir.
 
Şəffaflıq, ictimai nəzarət üçün imkanlar yaradılmalıdır.
 
Aidiyyatı dövlət qurumları və müstəqil ekspertlərinin prosesin gedişində iştirakı təmin edilməlidir.
 
Daxil olan müraciətlərin emal olunması ilə bağlı statistikanı açıqlamaq faydalı olardı.
 
Uğurlu olan ilk və son müraciətlərlə bağlı məlumatlar ağlabatan formada açıqlanmalıdır".
 
Ekspert qeyd edib ki, sabah saat 20-da güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start veriləcək:
 
"Ümid edirəm Fond prosesin gedişinə şəffaf nəzarət imkanlarını gücləndirəcək və müraciətlərin problemsiz qəbulunu reallaşdıra biləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

02-02-2023
"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023
İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

05-03-2022
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020
İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023
"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026
İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

30-09-2022
Online formada ipoteka almaq mümkün olacaq

Online formada ipoteka almaq mümkün olacaq

03-02-2015
 İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023
Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020
Kirayəçi statusu necə əldə olunacaq?

Kirayəçi statusu necə əldə olunacaq?

02-03-2020
Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024
Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022
Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026
Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025
XRİTDX və Kredit Zəmanət Fondu ipoteka müraciətlərinə dair məlumat yayıb

XRİTDX və Kredit Zəmanət Fondu ipoteka müraciətlərinə dair məlumat yayıb

06-03-2026
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019
Elektron İpoteka sistemi istifadəyə verildi

Elektron İpoteka sistemi istifadəyə verildi

02-08-2017
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

01-09-2025
Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018
Azərbaycan İpoteka Fondunun yeni veb-saytı yaradılıb

Azərbaycan İpoteka Fondunun yeni veb-saytı yaradılıb

28-05-2009
İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019
Elektron İpoteka portalı ünvanını dəyişib

Elektron İpoteka portalı ünvanını dəyişib

10-07-2019
“Elektron ipoteka” sistemi  portalda yaradılacaq

“Elektron ipoteka” sistemi portalda yaradılacaq

24-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə