Previous Next
Bağla

XRİTDX və Kredit Zəmanət Fondu ipoteka müraciətlərinə dair məlumat yayıb

06-03-2026 17:18
XRİTDX və Kredit Zəmanət Fondu ipoteka müraciətlərinə dair məlumat yayıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara müvafiq limitlər ayrılıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb.

Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 5 mart 2026-cı il saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə 6 mart 2026-cı il saat 11:00-dan başlayıb.

Vətəndaş müraciətlərinin Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən şəffaf və real vaxt rejimində qəbulunun təmin edilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə sistemin fasiləsiz və təhlükəsiz fəaliyyəti təmin olunaraq daimi nəzarətdə saxlanılıb.

Qeyd olunub ki, adi və güzəştli ipoteka kreditlərinin əlverişli şərtlərlə və aşağı faiz dərəcələri ilə təqdim olunması əhali arasında bu kreditlərə yüksək tələbat yaradıb. Ayrılmış limitlər çərçivəsində adi ipoteka krediti əldə etmək üçün 1522 nəfərin (ümumi müraciət sayı 9019), güzəştli ipoteka krediti üçün isə 643 nəfərin (ümumi müraciət sayı 4369) müraciəti qeydə alınıb.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləri üzrə müraciətlərin qəbulu və sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun şəkildə davam etdirilir. Sistemin təhlükəsiz fəaliyyəti isə tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri vasitəsilə daim nəzarətdə saxlanılır.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

02-02-2023

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

05-03-2022

Online formada ipoteka almaq mümkün olacaq

03-02-2015

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022

Elektron İpoteka sistemi istifadəyə verildi

02-08-2017

Ekspert: İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

06-02-2025

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

“Elektron ipoteka” sistemi portalda yaradılacaq

24-06-2016

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı

01-09-2025

İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

30-09-2022

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

Elektron İpoteka portalı ünvanını dəyişib

10-07-2019

MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha da rahat və əlçatan etdi

09-04-2025

Azərbaycan İpoteka Fondunun yeni veb-saytı yaradılıb

28-05-2009

ABB-dən yenilik – süni intellekt almaq istədiyin evin qiymətini öyrənməyə dəstək olur!

10-10-2024

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

“Elektron ipoteka” sistemindən necə istifadə etməli?

10-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə