Previous Next
Bağla

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020 17:03
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Bu gün səhərdən İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka sistemində problemlər yaranıb. Məlum olduğu kimi Fond bu gün saat 10-dan kirayə evlər üçün elektron formada müraciətləri qəbul etməliydi. Əldə etdiyim məlumata görə müraciətlərin sayı çox olduğundan İpoteka və Kredit Zəmanət Fondunun serveri yüklənməyə tab gətirməyib və çöküb. Hazırda eGov portalından e-ipoteka sisteminə ASAN imza ilə daxil olmaq mümkün deyil”.

Xeberler.az bildirir ki, bunu ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O. Gündüz sözlərinə belə davam edib:

“E-gov sektorunda bu tip hadisə artıq 2-ci dəfədir ki, təkrarlanır. Ötən il də güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi. Sondaran MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi.

Dövlət sektorunda baş verən bütün bu tip hadisələrdən sonra yenidən hansısa bir dövlət qurumunda oxşar halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürərm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxsər ciddi məsuliyytətsizlik ediblər. Fikrimcə VXSİ Dövlət Agentliyi (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə - Red.), dövlət resurslarının təhlükəsizliyinə cavabdeh olan XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti – Red.) yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi dövlət qurumları baş verənləri araşdırmalı ciddi tədbirlər görməlidir.

Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adı çəkilən qurumlar tərəfindən audit olunmaması, stres -test edilməməsi da doğru bir yanaşma deyil.

Düşünüərm ki, eGov Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, ötən dərsləri nəzərə alaraq sistemin test olunması üçün fonda göstəriş verməli idi. Həm də ona görə ki, artıq bu qurumlar bilirlər ki, bir dəfə belə bir problem yaşanıb.

Qısa bir araşdrıma nəticəsində əldə etdiyim məlumatları da burada bölüşmək istərdim. İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və eGov-a inteqrasityası üçün üçün 2 il öncə təxminən 6 000 000 manat vəsait əldə edib. Əlavə olaraq, e-ipoteka alt sisteminin hazırlanması üçün də təxmiinən 3 000 000 manat vəsaiyt xərcləyib. Hər il də serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılıb. Təsəvvür edin ki, 2 il ərzində təxminən 10 000 000 manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilmir və çökür.

10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür və hesab edirəm ki aidiyyatı qurumlar bununla bağlı araşdırma aparmalıdırlar. Fikrimcə, bununla bağlı dərhal rəsmi açıqlamalr verilməlidir.

Sistemin bərpası və vətəndaşların müraciətlərin qəbul edilməsi üçüb VXSİ Dövlət Agentliyinin eGov Mərkəzinin öz səlahiyyətləri çərçivəsində aktiv fəaliyyət göstərməsi indiki halda çox vacibdir.

Yeri gəlmişkən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində DATA Mərkəzi olduğu halda Fondun adi bir serverinin, məlumat bazalarının da özündə yerləşməsi sual doğuran məsələdir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020

İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

02-02-2023

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

05-03-2022

Ekspert: İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

06-02-2025

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023

Kirayəçi statusu necə əldə olunacaq?

02-03-2020

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

Mənzillərin onlayn satışında yaranan problemdə kimdir günahkar?

08-05-2018

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

XRİTDX və Kredit Zəmanət Fondu ipoteka müraciətlərinə dair məlumat yayıb

06-03-2026

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

30-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə