Previous Next
Bağla

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020 20:03
Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

Xeberler.az bildirir ki, bir ay öncə 10 milyonluq “Elektron ipoteka və kredit zəmanət sistemi” çökmüşdü. Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

Əgər hansısa bir dövlət qurumu dəfələrlə şişirdilmiş vəsait almasına baxmayaraq qarşıya qoyulan vəzifələri icra edə bilmirsə nə etmək lazımdır ? sualını ekspert bele cavablandırıb:

"Rəsmi saytlarından belə anlaşılır ki, İpoteka Fondunda hələlik durğunluqdur. Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində Elektron ipoteka sistemi kirayə mexanizmi üzrə müraciətlərə tab gətirməyərək çöküb.
Fondun rəhbərliyi nə qədər çalışsa da sistemin fəaliyyətini bərpa edə bilməyib və buna görə də ümumiyyətlə müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırdığını elan edib.
Bu müvəqqəti dayanma isə artıq bir aydrı ki davam edir.

Məlumat verdiyimiz kimi İpoteka Fondu bu sistemin hazırlanması üçün CyberNet şirkətinə büdcədən 10 milyon manat verib.
Dəfələrlə şişirdilmiş vəsait xərcləməsinə baxmayaraq normal layihələndirmə, vəsaitlərdən effektiv istifadə, testdən keçirmə, audit işləri aparılmadığından, işə səhlənkar və məsuliyyətsiz yanaşıldığından təkmil bir informasiya sistemi ortaya çıxarılmayıb.

Sistemin işə salınmasından öncə nə üçün test olunmamasına da indiyədək aydınlıq gətirilməyib.
eGov sahəsində səlahiyyətli qurum olan Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurum olan XDMX –nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi qurumlarının da qanunvericilikdəki boşluqlar səbəbindən bu proseslərə yetərincə təsr imkanları olmayıb.
eGov Mərkəzinin “sistemin çökəcəyi” ilə bağlı qabaqcadan xəbərdarlığı olduğu bildirilsədə sonradan Mərkəz rəhbəri bunu təsdiqləməyib.

Hazırda situasiya necədir ?
Nə üçün dövlətin kifayət qədər ciddi əhəmiyyət kəsb edən layihəsi icra olunmur ?
Uzun müddət gecikmədən belə anlamaq olar ki İpoteka Fondu kirayə mexanizmlə bağlı sistemi sıfırdan hazırlamaq məcburiyyətində qalıb.
Xatırlayıram ki, MİDA ilə bağlı oxşar situasiyada çökmüş sistemin bərpasında eGov Mərkəzi, XDMX və digər əlaqəli qurumlar birgə işləyərək ortaya normal bir iş qoya bilmişdilər.
Hələlik eGov Mərkəzi və XDMX Elektron ipoteka sisteminin bərpasında iştirakı ilə bağlı hər hansı açıqlama verməyiblər.
Maraqlıdır kiŞ, təkmilləşdirmə və audit işləri hansı vəsaitlə aparılacaq ?
Bunun üçün də büdcə vəsaitlərin istiafdə olunacaqmı ?
CyberNet və ya Fond Elektron ipoteka sisteminin təkmilləşdirilməsi üçün aidiyyatı qurumlara vəsait ödəyə biləcəkmi ?
Bu suallar hələlik açıq qalır.

Güman edirəm ki, bu proses xeyli zaman alacaq.
Çox təəssüf ki, Fond bu cür sosial əhəmiyyət kəsb edən bir layihəni urvatsız vəziyyətə gətirib çıxarıb.
Belə görünür ki, Fondun əlaqəli qurumlarla birgə işləmək təcrübəsi də yetərli deyil.
Ümid edirəm aidiyyatı qurumlar fərqindədirlər".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

Kirayəçi statusu necə əldə olunacaq?

02-03-2020

İpoteka kreditlərinin onlayn verilməsi ilə bağlı rəsmi açıqlama

02-02-2023

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

İpoteka kağızının tərtibi və qeydiyyatı elektronlaşdırılır

05-03-2022

Elektron İpoteka sistemi istifadəyə verildi

02-08-2017

Ekspert: İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

06-02-2025

Ekspert: BŞİH-in bu saytının fəaliyyətinə icazə verilməsin

23-01-2020

Online formada ipoteka almaq mümkün olacaq

03-02-2015

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

25-06-2019

Cybernet şirkəti tenderdə qalib olub

19-06-2017

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər ASAN ödəniş sistemində

17-12-2019

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"

01-03-2021

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018

Elektron İpoteka portalı ünvanını dəyişib

10-07-2019

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə