Previous Next
Bağla

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020 10:06
Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

"ABŞ-ın "Microsoft" şirkətinin “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırması adi istifadəçilərdə anlaşılmazlıq yarada bilər". 

Xeberler.az bildirir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

"Əlbəttə, hansısa əməliyyat sistemindən xeyli sayda insan istifadə edirsə, bu halda onun dəstəklənməməsi böyük problem yaratmır. Adətən, belə halda şirkət əvvəlcədən istifadəçiləri xəbərdar edir. Korporativ istifadəçilər, dövlət qurumları bu xəbərdarlığı nəzərə alıb sistemlərində dəyişiklik edirlər. Amma adi istifadəçilərdə bu həmişə anlaşılmazlıq, problem yaradır. Çünki onların məlumatı olmur. Yenilənmə, yaxud hər hansı təhlükəsizliklə bağlı məsələ çıxanda problemlər yaşayırlar. Əlbəttə, bizdə "Microsoft"un yerli nümayəndəliyi var. Düşünürəm ki, hər hansı problem çıxsa, həmin nümayəndəliklə əlaqə saxlaya bilərlər. Bununla bağlı həmin nümyəndəlik daha təsirli maarifləndirmə işləri aparsa, yaxşı olar. Burada medianın, internetin, TV-nin köməyindən istifadə etmək olar. Sadə istifadəçilər üçün problem yaranmasını istisna edirəm. 

Bundan əlavə nəzərinizə çatdırım ki, qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh olan qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi də öz saytında informativ, yaxud metodiki kömək xarakterli məlumat verməlidir. Həm profilaktikanı göstərməlidirlər, həm də baş verəndən sonra nə etmək lazım olduğunu deməlidirlər. Bütün bunlar olandan sonra isə hansısa problem olacağını düşünmürəm”, - o qeyd edib. 

Xatırladaq ki, “Microsoft” şirkəti bu gündən etibarən “Windows 7” əməliyyat sisteminə texniki dəstəyi dayandırıb və müştərilərə “Windows 10” əməliyyat sisteminə keçməyi təklif edib. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılıb

14-01-2020

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

Windows Server 2003 sisteminin dəstəyi dayandırıldı

14-07-2015

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması

02-03-2020

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015

Windows-un oktyabr yeniləməsində yeni boşluq aşkar edilib

23-10-2018

“Windows XP” istifadəçiləri üçün qiymətlər bahalaşıb

24-02-2015

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011

Sony xəbərdarlıq edib

07-08-2015

Bəzi kompüter və telefonlarda saat avtomatik geri çəkiləcək

27-10-2017

İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

11-01-2018

Windows 7 dilimizə uyğunlaşdırılıb

20-11-2010

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009

Kod yazmadan necə proqram yazmaq olar?

02-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə