"ETN-nin yeni istifadəyə verdiyi “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçündür.
Hazırda Bakı şəhərinin bütün məktəbləri bu platformaya inteqrasiya edilib. Övladları Bakı şəhərinin məktəblərində təhsil alan bütün valideynlər platfromaya daxil olaraq faydalana bilərlər".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert bildirib ki, hələlik özəl məktəblər və regionlardakı məktəblər sistemə daxil edilməyib:
"Regionların növbəti dərs ilində platformaya qoşulması nəzərdə tutulub.
digital.edu.az (
reqemsal.edu.az ) saytının aşağı hissəsində “Rəqəmsal Məktəb”ə qoşulan məktəblərin siyahısı yerləşdirilib.
Valideynlər
digital.edu.az səhifəsinin giriş bölməsini seçməklə SİMA və ya ASAN imza ilə platformaya daxil ola bilərlər. Sayt telefonda işləmək üçün də uyğunlaşdırılıb.
Sistemə daxil olan anda “Yeni övlad əlavə et” menyusu vasitəsilə valideynlər övladlarını siyahısını görə və zəruri addımları ata bilərlər".
Osman Gündüz bildirib ki, valideynlər övladının gündəliyini görə, gündəlik qiymətləndirmə məlumatlarını izləyə bilərlər:
"Onların həmçinin birbaşa direktor ilə onlayn formada mövcud çat vasitəsilə əlaqə saxlamaq imkanı var.
Valideynlər övladlarının sistemdən istifadəsi üçün platformada onlar üçün giriş imkanı yaratmalı, onlara şifrə təyin etməlidir. Şagirdlər məktəb tərəfindən veirlən ÜTİS kodu və valideynin təyin etdiyi şifrədən istifadə etməklə sistemə qoşula bilərlər.
Elm və Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin sistemləri inetqrasiya olunduğundan övladlarla bağlı məlumatlar Ədliyyə Nazirliyinin bazasından real vaxtda digital.edu.az-a generasiya olunur.
Əgər hansısa problem olarsa, siyahıda övladlar qeyri-dəqiq göstərilərsə +994 (12) 146 -4 qaynar xəttinə zəng etmək, yaxud
[email protected] ünvanına yazmaq olar."
Ekspertin sözlərinə görə, Elm və Təhsil Nazirliyi bu platforma ilə valideynlərə məktəbə gəlmədən övladlarının tədris prosesinə nəzarət imkanı yaradıb:
"Həmçinin direktorla birbaşa əlaqə imkanı yaratmaqla məktəblə əlaqəli bütün məsələlərin həlli üçün, valideynin məktəbin fəaliyyətində yaxından iştirakı üçün də imkanlar yaradılıb.
Bütün bunlar isə sonda valideynlərin təhsil proseslərində, övladının tədris prosesində və məktəb idarəetməsində daha yaxından iştirakına imkanlar yaradır.
Valideynlərin bu platformaya qoşulması vacibdir və bu, çox faydalı olardı".