Previous Next
Bağla

BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edib

16-03-2026 18:08
BŞTİ birinci sinfə elektron qeydiyyatla bağlı müraciət edib

2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb.

Xeberler.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, I sinfə elektron qeydiyyatla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, aprelin 6-dək 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] ünvanına göndərərək təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Birinci sinfə elektron qeydiyyatla bağlı dəyişiklik edilib

12-02-2025

Birinci sinfə elektron qeydiyyat prosesində yenilik

15-01-2024

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

01-05-2025

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə qəbulla bağlı 28 071 elektron müraciət daxil olub

23-05-2023

Paytaxtda I sinfə qəbulla bağlı 39 minə yaxın sorğu yerləşdirilib

28-08-2025

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Təhsil İdarəsinin İşçi Qrupu müraciətləri operativ cavanlandırır

10-09-2019

1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

09-07-2015

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

22-07-2022

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Müraciətlər operativ cavablandırılır

10-09-2018

I sinfə qəbul prosesinə yenilik tətbiq edilib

15-04-2025

Xüsusi istedada malik uşaqların I sinfə elektron qəbulu başladı

10-06-2016

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

I sinfə elektron qəbul başladı

22-02-2018

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

Bakıda I siniflərə qeydiyyat üçün 30 alternativ mərkəz fəaliyyətə başlayıb

05-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə