Previous Next
Bağla

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017 12:31
I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb.

Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 20-dən start veriləcək.

Bu barədə Xeberler.az-a Bakı Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.

Hazırda I sinfə qəbul prosesində I mərhələdə elektron qeydiyyata alınmış ərizələrin emalı prosesi gedir. Emal zamanı I mərhələdə qeydiyyatdan keçmiş, amma sənədlərini iyunun 14-nə kimi məktəbə təqdim etməyən şəxslərin sorğuları sistemdən silinir.

İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər.

Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

Təhsil naziri I sinfə elektron qəbul ilə bağlı əmr imzalayıb

22-02-2016

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə elektron qəbul başladı

22-02-2018

I sinfə qəbul üzrə 37 mindən çox e-müraciət olub

14-03-2018

I sinfə elektron qəbul ilə bağlı təlim keçirilib

20-02-2018

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

I sinfə elektron qəbul davam edir

19-09-2016

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

09-07-2015

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

BŞTİ siniflərə sənəd qəbulunun vaxtını uzadıb

05-06-2015

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

Xüsusi istedada malik uşaqların I sinfə elektron qəbulu başladı

10-06-2016

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulu başlayıb

13-03-2019

1-ci sinfə qəbul üzrə müsahibənin vaxtı uzadılıb

14-07-2015

I sinfə elektron qeydiyyatla bağlı onlayn görüş keçirilib

18-04-2025

I sinfə elektron qəbul davam edir

30-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə