“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015 / 11:24

"Elektron Hökumət" bülleteni üzrə növbəti brifinq keçirilir.

Xəbərlər-in məlumatına görə, brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər baradə məlumatlar verilir.

Brifinqdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin( RYTN) Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovla yanaşı , RYTN-nin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin , Milli Sertifikat Xidmətləri Mərkəzinin nümayəndəsi, eləcə də Biləsuvar icra hakimiyyətinin nümayəndəsi çıxış edərək elektron xidmətlər və yeniliklər baradə jurnalistlərin suallarını cavablandırırlar.

Nail Mərdanov bildirib ki, Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur.  Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Görülən işlərin mətbuata birbaşa elan olunması məqsədi ilə hər ayın ilk 10 günündə “Elektron hökumət” bülletini üzrə brifinq keçirilir.

RYTN-nin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi ölkədə DATA CENTER-in yaradılması, onun straterji əhəmiyyəti və əsas funksiyaları haqda məlumat verib.

RYTN-nin Milli Sertifikat Xidmətləri Mərkəzlərinin nümayəndəsi yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı yeni Mərkəzin yaradılması və görülən işlər barədə danışıb.

Biləsuvar icra hakimiyyətinin nümayəndəsi vətəndaşların elektron qəbula yazılması , e-xidmətinin portala inteqrasiyası haqqında məlumat verib.

Brifinq suallar və müzakirələr şəkilində davam edir.

"Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron Hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron Hökumət" bülleteni dərc olunur. Bülletendə "Elektron Hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, xarici ölkələrin "Elektron Hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər və statsitik məlumatlar öz əksini tapır.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə