“Elektron hökumət” portalına daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 300 min nəfərə yaxınlaşır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin(RYTN) Məlumat Hesablama Mərkəzindən Xeberler.az-a verilən məlumata görə, cari ayın əvvəllərinə kimi sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 298,417 nəfər olub.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.
Qeyd edək ki, “Elektron hökumət” layihəsinin rəsmi saytında istifadəçilər portala beş yolla daxil ola bilir. Bunlar RYTN tərəfindən verilmiş elektron imza kartı ilə, “Asan imza ilə daxilolma”, elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə, smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı və smartfon ilə daxil olmaqdır.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri