Previous Next
Bağla

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017 12:44
 Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

“Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər və Ağcabədi rayonunda məlumatlandırma sessiyası keçirilib.

Bu barədə Xeberler.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ( NTRYTN) məlumat verilib.

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi tədbirdə təşkilatın sədri Xalid Kazımov bildirib ki, layihənin məqsədi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünün tətbiqinə dəstək vermək, region sakinlərini elektron xidmətlər barədə məlumatlandırmaq və onlara elektron xidmətlərə müraciət zamanı yardım göstərməkdir.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin eksperti Ruslan Mürsəlov iştirakçılara elektron xidmətlərin üstünlükləri və “Elektron hökumət” portalı ilə bağlı məlumat verib:

“Elektron hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, sahibkarlara və dövlət qulluqçularına “vahid pəncərə” prinsipi əsasında elektron xidmətlərin göstərilməsinə şərait yaradan sistemdir. Hazırda “Elektron hökumət” portalında 454 elektron xidmət mövcuddur. İstifadəçilərə “Elektron hökumət” portalında qeydiyyatdan keçmək üçün mövcud olan 4 autentifikasiya  (tanıma, identikləşdirmə) vasitəsi təqdim edilir. Bunlar e-imza, “E-Gov” mobil identifikası vasitəsi, “Elektron hökumət” portalı tərəfindən vətəndaşa verilən kod-parol və “Asan imza”dır. “Elektron hökumət” portalı  vasitəsi ilə əksər dövlət qurumları öz xidmətlərini təqdim edirlər. Portalda, həmçinin 17 növ arayışın elektron qaydada verilməsi imkanı yaradılıb ki, buna da maraq böyükdür”.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Bölgələrdə “Elektron hökumət” mövzusunda seminarlar keçiriləcək

20-10-2016

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017

"Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə təşkil olunacaq

13-06-2014

“Elektron hökumət” portalında media mənsubları üçün bölmə istifadəyə verilib

04-02-2015

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

“Elektron hökumət” portalına 85 qurum qoşulub

09-09-2015

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015

Avstriyalı mütəxəssis portalın fəaliyyətini yüksək qiymətləndirib

15-01-2017

Elektron hökumət portalı üzərindən əldə olunan e-arayışların sayı 9 mini ötüb

11-07-2015

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

“Elektron-hökumət” quruculuğunda yeni layihələr həyata keçiriləcək

24-01-2015

Elektron arayışları bütün dövlət qurumları tanıyırmı?

23-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə