Previous Next
Bağla

Portalın hansı xidmətlərindən daha çox istifadə edilir?

29-07-2016 13:56
Portalın hansı xidmətlərindən daha çox istifadə edilir?

"Elektron hökumət" portalına  41 mərkəzi icra hakimiyyəti orqanın təqdim etdiyi 423 elektron xidmət inteqrasiya olunub. Əhalini tam avtomatlaşdırılmış elektron xidmətlərlə təmin etmək məqsədilə portal gündən-günə təkmilləşdirilərək sadələşdirilir ki, bu da istifadəçi sayının artmasına səbəb olur.

Xeberler.az bildirir ki, bu barədə qurumun açıqladığı statistik məlumatlarda deyilir

İlin əvvəlindən istifadəçilərin sayında artım müşahidə edilən "Elektron hökumət" portalı üzərindən müxtəlif qurumların təqdim etdiyi xidmətlərə yanvar ayının birindən iyul ayının birinədək 8,155,155 dəfə müraciət edilib.

Portalda xidmətlərindən istifadəyə görə ilk onluqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elektron Arayışlar, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərsu" ASC, Təhsil Nazirliyi, Mərkəzi Seçki Komissiyası yer tutub.

Yarımillik statistika göstərir ki, hər ay portala təxminən 1 milyondan artıq istifadəçi müraciət edir, ən çox istifadə edilən xidmət isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi" xidmətidir ki, 6 ay ərzində bu xidmətə 1,007,705 dəfə müraciət edilib.

İstifədəsinə görə ilk 5-likdə olan 2-ci xidmət isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidmətindən ilk yarım ildə 957,255 dəfə istifadə edilib. Sonrakı ardıcıl sıralamada yer alan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet  və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidmətinə 873,970 və həmin qurumun Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbuludəfə xidmətinə 806,387 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" xidmətinə 711,159 dəfə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Telefon nömrəsi üzrə axtarış" xidmətinə isə 396,641 dəfə müraciət edilib.

Google analytics-ə istinadən "Elektron hökumət" portalının statistikasına nəzər salsaq görərik ki, cari ilin ilk 6 ayı ərzində ümumilikdə 1,098,633 nəfər 4,358,015 dəfə portala daxil olaraq 14,567,831 dəfə müxtəlif səhifələrə keçid ediblər. Həmin şəxslər 8,155,155 dəfə elektron xidmətlərə müraciət ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 8 saniyə təşkil edib.



Ümumiyyətlə vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 23,9 % yeni istifadəçilər, 76,1 %-ni isə təkrar müraciət edənlər təşkil edib.

Bununla yanaşı işgüzar münasibətlərin və əlaqələrin elektron formata keçirilməsi, sənədlərin imzalanması üçün hər bir istifadəçinin elektron imza sertifikatına ehtiyacı var. Xidmətlərin istifadə dinamikasının artması elektron imza sertifikatına olan təlabatın da artması ilə şərtlənir.

Beləliklə 2016-cı ilin ilk 6 ayı ərzində olan statistikaya görə dövlət qurumları üzrə 13492, fiziki şəxslər üzrə 374, hüquqi şəxslər üzrə 1924, toplam isə 15790 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə bu günə qədər RYTN-nin  Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi elektron imza sertifikatlarının sayı 93 mini keçib.

 Onu da qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəşilərin sayı 425 mini keçib. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən şəxs heç bir dövlət lüzumu ödəmədən kod-parol əldə edə bilər.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013
"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015
Portala daxil olanların statistikası  açıqlanıb

Portala daxil olanların statistikası açıqlanıb

11-09-2015
Portala müraciət edənlərin sayı açıqlandı

Portala müraciət edənlərin sayı açıqlandı

18-07-2017
Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

09-06-2017
1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015
Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

Portal üzərindən ən çox hansı qurumlara müraciət olunub?

11-06-2016
Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

Ən çox istifadə olunan elektron xidmətlərin statistikası açıqlandı

07-10-2016
Vətəndaşların ən çox istifadə etdiyi e-xidmətlər-Siyahı

Vətəndaşların ən çox istifadə etdiyi e-xidmətlər-Siyahı

17-02-2017
“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015
3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

13-01-2015
Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015
 Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017
Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası var

Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası var

09-07-2015
Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016
Bir ay ərzində Portala daxil olanların statistikası açıqlandı

Bir ay ərzində Portala daxil olanların statistikası açıqlandı

10-08-2015
“Elektron-hökumət”  portalının  statistikası  təqdim olundu

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015
Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

09-06-2015
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016
“Elektron hökumət” portalı üzərindən ən çox hansı qurumlara müraciət olunub?

“Elektron hökumət” portalı üzərindən ən çox hansı qurumlara müraciət olunub?

12-01-2016
E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015
“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015
 Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017
 “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

“Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

13-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə