Previous Next
Bağla

Portala daxil olanların statistikası açıqlanıb

11-09-2015 16:37
Portala daxil olanların statistikası  açıqlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) “Elektron hökumət” bülleteni üzrə  növbəti  brifinq keçirilib.

Xeberler.az-ın məlumatına əsasən, brifinqin ənənəvi xarakter aldığını xatırladan MHM direktoru Nail Mərdanov əvvəlcə “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını qeyd edib.

Onun sözlərinə görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin  dekabrından 2015-ci ilin avqust ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8,830,631 daxilolma qeydə alınıb.

Nail Mərdanov qeyd edib ki, Portala müraciət edənlərin ümumi sayı isə 2,432,598 nəfər olub. Belə ki, 2,432,598 nəfər ümumən 8,830,631 dəfə portala baxıb və 15,410,364 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 30,293,235 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 21 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 27.6%-ni yeni istifadəçilər, 72.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.

Direktor bildirib ki, avqust ayı ərzində  portala 625,695 daxilolma qeydə alınıb.

Nail Mərdanov vurğulayıb ki, Portala müraciət edənlərin ümumi sayı isə 212,317 nəfər olub. Həmin şəxslər 1,965,445 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1,237,100 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 34 saniyə təşkil edib. Avqust ayı ərzində portala müraciət edənlərin 21.1%-ni yeni istifadəçilər, 78.9%-ni isə təkrar müraciət edənlər təşkil edib:

“Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 298,417-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub”.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013

"Elektron Hökumət" portalının istifadəçilərinin sayı 32% artıb

16-01-2015

1 milyondan çox istifadəçi “Elektron hökumət” portalına müraciət edib

19-02-2015

3 milyondan çox istifadəçi “Elektron hökumət” portalına daxil olub

13-01-2015

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015

“Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

13-11-2015

Bir ay ərzində Portala daxil olanların statistikası açıqlandı

10-08-2015

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015

Portala müraciət edənlərin sayı açıqlandı

18-07-2017

Portala müraciət edənlərin 21,1 faizi yeni istifadəçi olub

19-12-2015

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

“Elektron hökumət” portalından 1,4 mln. nəfər istifadə edib

10-04-2015

Portala müraciət edənlərin sayı 40 milyonu ötdü

07-03-2017

Vətəndaşların ən çox istifadə etdiyi e-xidmətlər-Siyahı

17-02-2017

Portalın hansı xidmətlərindən daha çox istifadə edilir?

29-07-2016

Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası var

09-07-2015

“Elektron hökumət” portalına kod-parolla daxil olanların sayı nə qədərdir?

23-09-2015

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016

Portala müraciət edənlərin sayı açıqlanıb

17-06-2016

Portala 30 milyondan çox müraciət edilib

13-08-2016

İcra hakimiyyəti orqanlarının “Elektron hökumət”ə keçidi niyə ləngiyir?

16-11-2013

E-xidmətdən istifadə edənlərin sayı nə qədərdir?

17-08-2015

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

Portalda ən çox müraciət olunan sahələr açıqlanıb

06-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə