Previous Next
Bağla

Əli Abbasov: «Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik»

27-02-2013 10:46
Əli Abbasov:  «Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik»
Azərbaycanın qeyri-neft ixracının artırılması üçün Asiya regionu əlverişli və geniş bazardır.
  «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün Bakıda işə başlayan «Azərbaycan-Yaponiya kosmik sektor seminarı»nda bildirib.
 
Tədbirdə çıxış edən nazir ölkənin kosmik sənayesinə böyük diqqət yetirildiyini bildirib və bu sahənin 2008-ci ildən inkişaf etdirildiyini diqqətə çatdırıb. Ə.Abbasov qeyd edib ki, bu seminar iki ölkə arasında kosmik sahədə əlaqələrin yaradılmasına səbəb olacaq.
 
Nazir bu ayın əvvəlində Azərbaycanın orbitə ilk telekommunikasiya peykini buraxdığını xatırladıb və bildirib ki, 2014-cü ildə Azərbaycan aşağıorbitli peykini, 2016-cı ildə isə ikinci peykini orbitə buraxacaq: «Kosmik sahədə planlarımız böyük və uzunmüddətlidir».
 
Ə.Abbasov həmçinin bildirib ki, Asiya regionu iki amil ilə - texnoloji inkişaf və geniş bazarı ilə Azərbaycanı cəlb edir. Hazırda Azərbaycanın ixrac əməliyyatlarının 80-85%-i neft və neft məhsullarının payına düşür, lakin artıq 2020-ci ildə Azərbaycan qeyri-neft sektoru hesabına ÜDM-in həcmini iki dəfə artırmaq niyyətindədir. «Eyni zamanda, qeyri-neft ixracının potensialını da artıracağıq. Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik», - deyə nazir vurğulayıb.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

07-09-2010

Bakıda Azərbaycan investisiya forumu baş tutdu

17-03-2015

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010

Azərbaycan ilk rabitə peykinə investisiyasını 7 ilə geri qaytara biləcək

09-03-2011

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023

İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015

Fransa və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

06-07-2015

Əli Abbasov yüksəksürətli genişzolaqlı interneti təmin edəcək 103 milyonluq layihədən danışdı

16-01-2013

Kosmik sənaye sahəsində əməkdaşlıq müzakirə edilib

03-10-2015

Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

14-12-2010

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010

Nazir Azərbaycanın ikinci peykindən danışdı

06-02-2015

Bakıda Texnologiya Forumu işə başlayıb

05-03-2013

«Elektron Azərbaycan» Dövlət Proqramının prioritetləri açıqlanıb

10-12-2008

Nazir İKT sektorundakı son göstəricini açıqladı

24-12-2014

Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə 3 milyard dolları ötəcək

28-12-2022

İKT neft sektorundan sonra ən iri vergiödəyici sahədir

25-12-2008

Gələn il Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi start götürəcək

10-12-2014

Yaxın günlərdə internetin qiyməti azı iki dəfə aşağı salına bilər

21-01-2009

Azərbaycanın internet-resursları və virtual məkanının həcmi 20 dəfə artıb

24-12-2008

Azercell 4G xidməti göstərmək üçün lisenziya alacaq

26-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə