Previous Next
Bağla

Bakıda Azərbaycan investisiya forumu baş tutdu

17-03-2015 15:49
Bakıda Azərbaycan investisiya forumu baş tutdu

Bugün Britaniyanın “The Economist Events” jurnalının təşkilatçılığı ilə Bakıda Azərbaycan investisiya forumu keçirilib.

Xəbərlər Azərtac-a istinadən məlumat verir ki, forumda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli şəxslər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak ediblər. Qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışan “The Economist” jurnalının redaktoru Con Endryus dünyada və regionda baş verən son proseslərdən söhbət açıb.

Forumda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, ölkəmizdə neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar iki dəfə artıb.

Azərbaycanda yüksək texnologiyalar sektorunun son beş ildə 3,5 dəfəyədək artdığını deyən nazir ölkədə genişzolaqlı internetin genişləndirilməsi sayəsində əhalinin 85 faizinin bu xidmətlərə çıxış əldə edəcəyini qeyd edib. Ə.Abbasov bildirib ki, Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 milyon dollarlıq mal və məhsul ixrac edib. Ölkəmizdə aktiv internet istifadəçilərinin sayının 72-73 faiz olduğunu deyən nazir Azərbaycanın aktiv IP siyahısında 49-cu yerdə qərarlaşdığını bildirib.

“Azərbaycan 2017-ci ildə üçüncü kosmik peykini kosmosa çıxaracaq. Bizim əsas məqsədimiz 2020-ci ildə ölkə əhalisinin 95 faizini sürətli internetə əlçatan etməkdir”, - deyə Ə.Abbasov əlavə edib.

Forum çərçivəsində  “İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması”, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “Milli artımı təmin etmək üçün təhsil və tədris” mövzuları ətrafında müzakirələr aparılıb.


ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İnvestisiya Sammiti keçirilib

Azərbaycan İnvestisiya Sammiti keçirilib

19-03-2015
Azercell İnvestisiya Sammitinə qatılıb - Foto

Azercell İnvestisiya Sammitinə qatılıb - Foto

19-03-2015
Əli Abbasov:  «Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik»

Əli Abbasov: «Lokal şirkətlərimizi yeni texnologiyalarla təchiz edib regional bazarlara çıxarmaq niyyətindəyik»

27-02-2013
Nazirdən genişzolaqlı internet şəbəkəsi ilə bağlı açıqlama

Nazirdən genişzolaqlı internet şəbəkəsi ilə bağlı açıqlama

17-03-2015
Azərbaycanın süni peykinin istehsalına başlanılıb

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

07-09-2010
Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

Nazir: Rəqəmsal iqtisadiyyatın inkişafı üçün xüsusi proqram hazırlanıb

05-03-2026
Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010
Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011
Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009
Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015
Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008
 Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

11-10-2011
İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub

İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub

07-05-2015
Nazir İKT sektorundakı son göstəricini açıqladı

Nazir İKT sektorundakı son göstəricini açıqladı

24-12-2014
“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015
İKT və yüksək texnologiyalar sahəsində istehsal genişləndiriləcək

İKT və yüksək texnologiyalar sahəsində istehsal genişləndiriləcək

17-01-2015
II Maliyyə və İnvestisiya Forumu baş tutub

II Maliyyə və İnvestisiya Forumu baş tutub

06-06-2018
“Yeni texnologiyalar sahəsində İranla əməkdaşlığa hazırıq”

“Yeni texnologiyalar sahəsində İranla əməkdaşlığa hazırıq”

26-02-2015
Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

Rabitə və yüksək texnologiyalar sahəsində gəlirlər artıb

13-07-2015
“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

“Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil edilib

17-12-2020
“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015
Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015
İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

İsraillə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

01-10-2015
Əli Abbasov vəzifəsindən azad edildi

Əli Abbasov vəzifəsindən azad edildi

12-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə