Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib.
Xeberler.az məlumat verir ki, görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.
Görüş zamanı “TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb.
Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib. Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri