Previous Next
Bağla

Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

03-05-2018 17:08
Rektor: “Mühəndislik ixtisasları üzrə kadr hazırlayırıq”

Qərbi Kaspi Universiteti bu ilin fevral ayında məktəblilər arasında elan etdiyi esse müsabiqəsinə yekun vurub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunmuş müsabiqəyə 100-dən artıq məktəbdən 300-ə yaxın məktəbli müraciət edib, onlardan 200-ə qədər esse müəllifinin yazısı müsabiqə şərtlərinə uyğun olduğu üçün ikinci mərhələyə buraxılıb.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Universitetin filoloq müəllim və professor heyətindən ibarət münsiflər heyətinin qiymətləndirməsindən sonra ilk 3 yerin qalibi məlum olub.

Qaliblərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə çıxış edən universitetin rektoru, professor Andris Leitas məktəbliləri təbrik edib, onlara təhsillərində və gələcək həyatlarında yeni uğurlar arzulayıb.

Rektor Qərbi Kaspi Universitetinin məktəblilərin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirdiyini diqqətə çatdırıb, qeyd edib ki, hazırda universitet Bakı və region məktəblilərinin iştirakı ilə robototexnika təlimlərini davam etdirir.

Qərbi Kaspi Universitetində son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirildiyini diqqətə çatdıran rektor qeyd edib ki, bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub.

“Artıq Texnoparkda məktəblilərin də iştirakı ilə işlənən layihələrdən biri Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb” – deyə rektor əlavə edib.

Universitetin müəllimi, tanınmış şair Vaqif Bəhmənli qiymətləndirmə meyarları müsabiqənin gedişi və nəticələri barədə məlumat verib.

Daha sonra tədbir qaliblərin mükafatlandırma mərasimi keçirilib, qaliblərə hədiyyə və sertifikatlar təqdim edilib.

Sonda Qərbi Kaspi Universitetinin tələbələrinin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qərb Universitetində riyaziyyat müəllimlərinin forumu

14-05-2018

Məktəblilər üçün robototexnika təlimləri başladı

20-04-2018

Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14-07-2018

“Ölkəmiz İKT sahəsində Azərbaycanla əməkdaşlıq edir”

18-04-2018

Qərbi Kaspi Universitetinin Texnoparkında hansı layihələr işləyir?

01-05-2018

Dünya Meteorologiya Təşkilatının baş katibi Qərb Universitetində

27-04-2018

Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018

Robototexnika olimpiadasının qalibləri-Foto

04-03-2018

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

Amerikalı tanınmış professor Qərbi Kaspi Universitetində

19-12-2017

Məktəblilərin robotları döyüşəcək – Bu şənbə

28-02-2018

Rektor yeni memorandumu şərh etdi

17-12-2017

Makers Day 2018 gənclər üçün təcrübə və iş imkanı yaradıb

17-11-2018

Məktəblilərin hazırladığı robotlar döyüşəcək

06-02-2018

Qərb Universiteti regionda robototexnika təlimləri keçəcək

04-04-2018

Məktəblilər arasında robototexnika olimpiadası başlayır

29-12-2017

Qərb Universiteti yeni əməkdaşlıq memorandumu imzaladı

09-04-2018

Robototexnika olimpiadasına hazırlıqlar necə gedir?-Foto

15-02-2018

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018

Qərb Universiteti İT kadrlar axtarır

02-11-2017

Bakcell daha bir universitetdə əmək yarmarkasına qatılıb

12-03-2018

Qərbi Kaspi Universiteti Makers’ Day 2018-ə dəvət edir

12-11-2018

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018

Qərb Universiteti Texnoparkı yeni əməkdaşlığa imza atdı

02-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə