Previous Next
Bağla

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015 16:38
DİN-ə kibercinayətlər üzrə  ibtidai istintaq aparmaq səlahiyyəti verildi
Daxili İşlər Nazirliyinə (DİN) kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.
 
Xeberler.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.
 
İndiyə qədər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. Bundan sonra isə kibercinayətlərlə bağlı işi başlamış daxili işlər (polis) orqanları da ibtidai istintaq apara biləcəklər.
 
Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İham Əliyevin bu gün imzaladığı fərmana əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

03-06-2025
MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022
Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

Kommersiya sirri olan məlumatları bu orqanlar əldə edə bilər - Siyahı

04-10-2016
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
AZƏRTAC-ın adı dəyişdirildi

AZƏRTAC-ın adı dəyişdirildi

10-08-2015
Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə RİTN-in strukturunda dəyişiklik edildi

30-08-2013
Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

Qiymətli kağızlar e-xidmətlərinin siyahısından çıxarılıb

25-08-2016
Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı  Fərmana dəyişikliklər edilib

Əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü ilə bağlı Fərmana dəyişikliklər edilib

02-06-2015
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014
Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

Fondun əsasnaməsində dəyişiklik edilib- Fərman

19-10-2016
Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03-01-2019
“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

“Elektron hökumət” portalı haqqında Əsasnamə təsdiq edildi

06-11-2017
İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025
Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub

Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub

28-07-2025
Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

Ramin Quluzadəyə yeni vəzifə həvalə edilib

12-07-2016
Qanunda dəyişiklik edildi

Qanunda dəyişiklik edildi

16-07-2018
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

06-08-2014
Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016
Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

Həbs olunan haker: İstənilən adamın telefonuna giriş edə bilərdik

05-03-2025
Şəxsi məlumatların ələ keçirilməsi şikayətinə 24 saat ərzində baxılacaq

Şəxsi məlumatların ələ keçirilməsi şikayətinə 24 saat ərzində baxılacaq

13-05-2025
Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024
Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

Qanunsuz telekommunikasiya xidmətləri təşkil edən şəxsə hökm oxunub

22-05-2026
DTX tərəfindən həbs edilən haker Dövlət sisteminə daxil olub

DTX tərəfindən həbs edilən haker Dövlət sisteminə daxil olub

18-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə