Ən məşhur mobil tətbiqlər hansılardır?-Statistika

28-09-2016 / 15:30

Statistik məlumatlara görə,  ABŞ-ın ən məşhur 10 mobil tətbiqinin 8-i Google və Facebook-a məxsusdur.

Xeberler.az bildirir ki, iyul statistikasına görə, ABŞ-ın ən çox aktiv istifadəçiyə sahib tətbiqi Facebook-dur.

149,6 milyon aylıq aktiv istifadəçiyə sahib olan Facebook, 131,6 milyon aktiv istifadəçiyə sahib Messenger ilə ikinci sıranın da sahibidir.

Facebook 73,5 milyon aktiv istifadəçiyə sahib Instagram ilə 9-cu sırada  yer alıb.

Google isə ilk 10-luqda 5 fərqli tətbiqə sahibdir. Belə ki, 115,3 milyon aktiv istifadəçiyə sahib YouTube ilə siyahıya 3-cü yerdən daxil olan Google, 4-cü sıradakı Google Maps, 5-ci  sıradakı Google Search, 6-cı sıradakı Google Play və 7-ci  sıradakı Gmail ilə siyahıda geniş bir yer tutur.

Google tətbiqləri arasında ən aşağıda qalan  Gmail-in belə 80 milyondan çox aktiv istifadəçisi var.

Yuxarıda göründüyü kimi, ilk 10-luqa daxil olmağı  bacaran digər iki tətbiqin biri 8-ci sıradakı Pandora Radio, digəri isə 10-cu sıradakı Amazon Mobile-dir.

Dünyanın ən məşhur ikinci ağıllı əməliyyat sisteminə sahib olan Apple isə ancaq 11-ci sırada yer tuta bilib.

Apple Music tətbiqi 68 milyon aylıq aktiv istifadəçi tərəfindən istifadə edilərkən, Apple Maps 60,96 milyon aktiv istifadəçi ilə 12-ci  sırada yer alıb.

Siyahının davamında ən yeni tətbiq olan Pokemon GO (54,4 milyon) 13-cü sırada, amerikalı gənclərin favorit tətbiqi Snapchat (54,1 milyon) 14-cü,  Pinterest isə 51,3 milyon aktiv istifadəçiylə 15-ci sırada iştirak edir.

 

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə