Facebook Messenger-in aktiv istifadəçi sayı 800 milyona çatdı

07-01-2016 / 20:44

Məlumdur ki, Facebook WhatsApp-ı satın aldıqdan sonra mobil mesajlaşma tətbiqlərindəki rəqabət dayandı.

Amma Facebook hələ də Messenger tətbiqi ilə rəqabətə davam edir.

Facebook-un rəsmi  bloqunda yazılan məlumata görə,  2014-cu ilin noyabrında 500 milyon aktiv istifadəçisi olan  Messenger artıq   800 milyon aktiv istifadəçiyə xidmət edir.

Beynəlxalq araşdırma şirkəti Nielsen-ə görə, Messenger ən sürətli böyüyən və App Store-dakı ən məşhur 2 tətbiqdən biridir.

Qeyd edək ki, Messenger-də aylıq  10 milyard şəkil paylaşılır.

Messenger-də indi  Facebook-da olan hər hansı şəxsə mesaj göndərmək olur. Beləliklə, artıq kimsənin telefon nömrəsini bilməyinizə ehtiyac yoxdur.

Hətta Messenger-i istifadə etmək üçün Facebook hesabınızın olması da  şərt deyil.

Facebook  2016-da bir çox yeniliyə imza atmağı və yeni startaplar almağı da planlaşdırır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə