Google məhsullarından istifadə sayını açıqlayıb

01-10-2015 / 12:50

Google  sentyabrın 29-da yeni məhsullarını təqdim edib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki,  Google tədbirdə şirkətin məhsullarından istifadə və satışı barədə maraqlı rəqəmləri açıqlayıb.

50 milyard şəkil və video

Təqdimat konfransında paylaşılan məlumatlara görə, Google Photos istifadəçilərinin paylaşdığı fotoşəkillərin sayı 50 milyardı keçib. Google Photos tətbiqi may ayında təşkil edilən "Google I/O 2015" tədbirində təqdim edilmişdi. Bu ilin iyul ayında HD şəkil və video arxivlənməsi üçün limitsiz saxlama sahəsi təqdim edən tətbiqin Google+ Photos tətbiqinin əvəzinə istifadə edilcəyi rəsmiləşdirildi.

20 milyon Chromecast satışı

Google yeni Chromecast qurğuları təqdim etmədən əvvəl 20 milyon Chromecast satışı etdiyini də açıqlayıb.

Google-un direktoru Sundar Pichainin paylaşdığı rəqəmlərə görə ,Android, 30 günlük aktiv istifadəçi sayı  1,4 milyard olub.

2013-cü ilin iyununda 900 milyon istifadəçisi olan Android aylıq 1,5 milyonluq bir artımla 2013-cü ilin sentyabrında 1 milyardı keçib.

Bu ilin ikinci rübündə isə  ağıllı telefon bazarının 82 faizinə Android rəhbərlik edir. Sundar Pichai bildirib ki, İndoneziya və Vyetnam bazarlarında bu rəqəmlər 2 qat böyükdür.

Pichai Türkiyədə satışa çıxarılan Android One əsaslı General Mobile 4G modelinin ən çox satılan telefon olduğunu bildirilib.

Sentyabr ayında isə hər gün 30 min yeni Chromebook aktivləşdirilməsi edilir.

 Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə