Google Chrome-un aktiv istifdəçi sayı 800 milyonu ötüb

18-11-2015 / 16:42

Bu gün təşkil edilən “Chrome Dev Summit” tədbirində Google Chrome mobil tətbiqi ilə bağlı bəzi statistik məlumatlar açıqlanıb.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Google Chrome-un aktiv istifadəçilərinin sayı aylıq 800 milyonu ötüb.

Qeyd edək ki,  Google Chrome-un ümumi istifadəçilərinin sayı açıqlanmayıb.

Google Chrome mobil tətbiqi Android smartfonlarda daha çox yüklənən proqramlar arasındadır.

Ötən il Google Chrome-un aktiv istifadəçilərinin sayı 400 milyon nəfər olub.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə