Mikrobloq servisi Twitter üçün bu aralar işlər yolunda getmir.
İlk rüblük maliyyə nəticələrini açıqlayan şirkət analtiklərin gözləntilərini doğrulda bilməyib.
Xeberler.az şirkətin hesabatına istinadən məlumat verir ki, şirkətin 2015-in ilk rübü ilə müqayisədə çox geriləyib.
2016-nın ilk rübündə 595 milyon dollar gəliri olan Twitter-in analtiklərin 678 milyon dollarlıq gözləntisini doğrulda bilməyib.
Şirkət bununla birjada 13 faiz geriləyib.
Twitter-in hazırda bazara payı 12,33 milyard dollardır.
Twitter-in reklam gəlirləri ötən ilin ilk rübü ilə müqayisədə 37 faiz artaraq 530 milyon dolarla çatsa da, 2015-in son rübündə bu gəlirlərin 640 milyon dollar olması Twitter-in 2016-cı ilə yaxşı başlamadığını göstərir.
Aktiv istifadəçi sayı 310 milyondur
Aktiv istifadəçi sayı məsələsində də Twitter üçün işlərin yaxşı olduğunu demək çətindir. Aylıq 310 milyon aktiv istifadəçiyə sahip olduğunu açıqlayan Twitter-in ABŞ-da elə 65 milyon aktiv istifadəçidə qaldığı görünür.
Belə ki, Twitter ABŞ-da son 5 rübün sadəcə birində 66 milyon aktiv istifadəçiyə çatdığını açıqlamış və bir sonrakı rübdə isə yenə 65 milyona düşdüyünü bildirmişdi.
Günel
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət