Erməni hakerlər “Yeni Çağ”ın internet səhifəsinə hücum edib

16-10-2009 / 15:27

Dünən “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin saytını (www.yenicag.az) yeniləmək mümkün olmayıb. Buna səbəb ardıcıl xaker hücumları olub.

Qaynar.info-nun verdiyi xəbərə görə, saytın baza sistemini sıradan çıxarmaq istəyən xakerlər istəklərinə nail ola bilməsələr də, saytın fəaliyyətinə ziyan vurublar.

Bu barədə bizə açıqlama verən “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin rəhbəri Aqil Ələsgər bu təxribatla bağlı iki versiyasının olduğunu bildirdi: “Hesab edirəm ki, həm Türkiyədəki ermənipərəstlər, həm də Güneydəki qardaşlarımıza zülm edən Tehran rejimi barədə apardığımız araşdırmalar müəyyən qüvvələrin ürəyincə deyil və onlar bizim səsimizi kəsmək istəyirlər. Saytımızın reytinqinin yüksəldiyi hər gün bizə ünvanlanan ölüm və təhdid mesajları daha da artır. Şəxsən mənim adım bütün radikal dini təriqətlərin lənətləmə siyahılarının ilk onluğundadır. Ancaq biz çox çətin də olsa, tamamilə iqtisadi böhran içində olsaq da, fəaliyyətimizi və mübarizəmizi davam etdiririk”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə