“Citrix” şirkətinin “NetScaler ADC” və “NetScaler Gateway” cihazlarında yaddaş təhlükəsizliyi boşluğu (CVE-2024-8534) aşkar olunub.
Xeberler.az məlumat verir ki, boşluq, cihazın “Gateway” və ya “Authentication Server” (AAA vServer) rejimində işləməsi və eyni zamanda RDP xüsusiyyətinin aktiv olması ilə əlaqəlidir. Əgər cihazda “RDP Proxy Server” profili də qurulmuşdursa, bu boşluğun istismar ehtimalı artır.
“Boşluğun uğurlu istismarı sistemdə yaddaş zədələnməsi yaradaraq xidmətin dayanmasına səbəb ola, həmçinin sistem performansının azalması və məlumatların korlanması kimi təsirlərə yol aça bilər. İstifadəçilərə və inzibatçılara təsirə məruz qalmış cihazları ən son versiyaya yeniləmək tövsiyə olunur”, - deyə ETX-nin məlumatında bildirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri