Facebook-a yeni qadağalar tətbiq olunacaq

17-03-2015 / 12:00

Təxminən 1.5 milyard aktiv istifadəçisi ilə sanki qlobal bir ünsiyyət platformasına çevrilən Facebook yeni qaydalarını açıqlayıb.

Facebook bu gün yayımladığı "Community Standards" sənədi ilə saytdakı məzmunun nə kimi səbəblərə görə qadağan olunacağına açıqlama verib.

Saytdan qaldırılacaq məzmunların siyahısını təqdim edən sosial media nəhənginin yeni qaydalar siyahısı bir əvvəlki siyahının az qala 3 dəfə çox uzunluğundadır.

Qadın və kişi bədəninin nümayiş edildiyi paylaşımları platformadan qaldırmaq qərarı alan Facebook terror təbliğatını edən, ictimaiyyətə hücum edən, cinsi zorakılıq və nifrəti ehtiva edən paylaşımların saytdan silinəcəyi xəbərdarlığını edib. İntihara qarşı sanki bir döyüş başladan Facebook bu istiqamətdə edilən paylaşımları da saytdan qaldıracaq.

Bu yeni qaydalar çərçivəsində sayta bir standart gətirməyi hədəfləyən şəbəkə bu planı çərçivəsində yeni qrup yaradacaq. Və yaradılan bu qrup gələn şikayətləri və öz işlərinin də saytda edilən paylaşımlarını nəzarətə götürəcək və bu qaydaları pozanları platformadan qaldıracaq.

 

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə