Cambridge Analytica skandalından sonra Facebook istifadəçilərin məlumatlarının digər tətbiqlərin əldə etməsi ilə bağlı bəzi məhdudlaşdırıcı tədbirlər görməyə başlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu gizlilik yenilikləri Facebook-un rəsmisi Mike Schroepfer tərəfindən bir bloq yazısında elan edilib.
Qeyd edilib ki, Facebook artıq istifadəçilərin siyasi fikirləri və dini inancları kimi xüsusi məlumat verməyəcək.
Onun sözlərinə görə, bu dəyişikliklər insanların məlumatlarınə daha yaxşı müdafiə etməyə imkan verəcək.
Bununla yanaşı, Facebook tətbiqlərdən şirkətlər, təşkilatlar, media yayımları və məşhurlar üçün açılan Facebook səhifələrindən (Pages) məlumat almaq üçün xüsusi icazə almalarını tələb edəcək.
Facebook-un tətbiqlərlə bağlı elan etdiyi yeniliklər onların aşağdakı məlumatlara çıxışını məhdudlaşdırır:
- Tədbirlər: Facebook artıq tətbiqlərin tədbirə qatılacaq insanların siyahısının əldə edilməsi və event-in səhifəsində payaşınları görməyi məhdudlaşdırır.
-Qruplar: Facebook qruplarına çıxışı olan tətbiqlər bundan sonr Facebook və qrup administratorların təsdini alacaq. Tətbiqlər qrupun üzv siyahısı, üzvlərin məlumatları və paylaşımları asanlıqla görə bilməyəcək.
- Səhifələr: Facebook platformada yaradılan səhifələrə daxil olmaq istəyən hər bir proqramı şəxsən təsdiq edəcək.
- Giriş: Facebook hesabı ilə daxil oluna bilinən xidmətlər və tətbiqlər indi sosial şəbəkə tərəfindən təsdiq almalıdır. Facebook həmçinin bu servislərin istifadəçidən şəxsi məlumat tələb etməyi qadağan edir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri