Facebook İnstagram dostları ilə birbaşa əlaqə imkanı yaradacaq

17-07-2018 / 12:39

Məşhur sosial media tətbiqlərini idarə edən Facebook, bütün qalmaqallı prosesləri geridə qoyaraq fəaliyyətini sürətlə davam etdirir.

Bildiyiniz kimi İnstagram və Facebook istifadəçilərinə hesablarını birləşdirmə imkanı yaradılıb.

Xeberler.az bildirir ki, alınan məlumatlara əsasən Facebook-un indiki məqsədi əlaqələrinizi İnstagram-dan Messenger-ə daşımaqdır. Yeni funksiya ilə Facebook Messenger-də dostlarınızla yazışdığınız kimi, əlavə olunan yeni bölmədə İnstagram izləyiciləriniz ilə də birbaşa əlaqə saxlaya biləcəksiniz.

Tətbiq hələ ki, test mərhələsindədir. Rəsmi bir açıqlamanın olmamasına baxmayaraq, sistemin yaxın günlərdə istifadəyə verilməsi ehtimalı yüksəkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə