Facebook-da qadağalar dövrü başlayır

26-03-2015 / 11:02

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-da yeni qaydaların tətbiqinə başlanıb. Bu gün Facebook-un texniki servisi qaydalarla bağlı açıqlama yayıb.

Məlumatına görə, məqsəd qlobal miqyasda 1,39 milyarddan artıq aktiv istifadəçisi olan Facebook-u universal kommunikasiya platformasına çevirməkdir və bu istiqamətdə artıq konkret addımlar atılmağa başlan ıb.

Facebook-un rəsmi bloqunda yer alan açıqlamada sosial şəbəkənin yeni standartları bəyan edilib.

Facebook-un qlobal siyasət departamentinin rəhbəri Monika Brikett qeyd edib ki, terrorçuların əsir və girovları edam etdikləri səhnələrin əks olunduqları videolarla yanaşı, Rusiyada etiraz aksiyalarına çağırışların yer aldığı statuslar yasaqlanmışdı: “Təbii ki, bu, adekvat yanaşma deyildi. Sosial şəbəkədəki statuslar, açıqlamalar, video və audio materialların landşaftı mürəkkəbdir. Bundan sonra qaydalar dəyişir".

Yeni qaydalara görə, Facebook-da terror təşkilatlarının təbliğat və təşviqatına yönəlmiş materiallarla yanaşı, belə qruplaşmaları tərifləyən və ya dəstəkləyən statuslar da yasaqlanıb. İntiharlara, yaxud qida davranış modellərinin pozuntularına səbəb olan statuslar, fotolar və videolar qadağandır.

"Facebook" potensial qadağan olunmuş materialları avtomatik axtarmaq və ya silmək niyyətində deyil. Bu məsələdə sosial şəbəkə istifadəçilərə güvənir. Sosial şəbəkədəki "emodzi"lər arasında "Fat", yəni "gonbul" fiquru da ləğv olunub. (trend.az)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə