Facebook-dan istifadə edənlər diqqətli olsun!

04-11-2009 / 19:15

Hakerlər 300 milyon istifadəçisi olan Facebook-u hədəfə alıblar.

Xeberler.az bildirir ki, son günlərdə bir çox internet istifadəçisi Facebook-dan gələn və sayt üzərində istifadə etdikləri şifrəni dəyişdirmələri ilə əlaqədar e-poçt almağa başlayıblar. Lakin Facebook-dan gəlmiş kimi görünən bu e-poçt əslində virus yayır.

Bredolab Truva Atı adı verilən bu virus, hakerlərin göndərdikləri saxta e-poçtun əlavəsində bir .ZIP və ya .EXE faylı kimi gəlir. Facebook_Password_2rd17.zip və ya Facebook_Password_2rd17.exe kimi adlanan virus faylının son hissəsindəki 22rd17 qismi, təsadüfi yaradılır və hər alıcı da dəyişiklik göstərə bilir.

Əgər istifadəçi faylı endirsə, Bredolap istifadəçi kompüterdə bir log faylı və isqsys32.exe adlı bir tətbiq yerləşdirir və virus dərhal işə başlayır. Bir neçə saniyə ərzində istifadəçinin kompüterini bir bota çevirən virus, eyni saxta e-poçtu yeni bulaşdığı kompüter üzərindən göndərməyə başlayır.

Facebook ailəsi virusun saytdan deyil, e-poçtdan göndərildiyi üçün heç bir şey edə bilmir. Facebook səlahiyyətliləri Facebook istifadəçisinin mütləq Facebook-un təhlükəsizlik səhifəsini ziyarət etməsini lazım bilirlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə