Yeni virus Skype istifadəçilərinin danışıqlarını yazır

11-02-2016 / 11:08

Palo Alto Networks şirkətinin mütəxəssisləri tərəfindən verilmiş məlumata əsasən, T9000 adlı yeni virus Skype istifadəçilərin şəxsi məlumatları və yazışmalarına müdaxilə edir.

Xeberler.az ICTnews Elektron Xəbər Xidməti-nə istinadən məlumat verir ki, Kaspersky, Norton, AVG kimi ən populyar antivirus proqramları bu zərərli proqram təminatını aşkar etmir.

"Sözügedən virusun ilkin funksiyası istifadəçi barəsində məlumat toplamaqdan ibarətdir. Proqram video görüntülü danışıq zamanı mütəmadi olaraq istifadəçinin şəkillərini çəkib yadda saxlayır, həmçinin istifadəçilərin danışığını yazır", – "Palo Alto"nun  mütəxəssisi deyib.

Virusun modullarından biri Skype-dan məlumatların toplanılmasına yönəlib və işə salınma anında «explorer.exe wants to use Skype» mesajını göstərərək istifadəçidən onun izlənilməsinə razılıq verməyi məcbur edir. Razılıq verildikdə sözügedən virus yazışmanı, həmçinin səs yazılarını və video görüntülü danışığı yazır.
 
Rich Text Format (RTF) formatında olan faylların işə salınması nəticəsində kompüter virusa yoluxur. Bundan sonra troyan virusu çoxpilləli quraşdırma prosesinə başlayır ki, hər addımda antivirus proqramının mövcudluğunu yoxlayır.

Skype  rəsmisi bildirib ki, hazırda yeni virus və onun potensial zərəri haqda araşdırma aparılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə