Təhlükəsizlik məsələsində ciddi addımlar atan Facebook indi də saxta hesablara qarşı tədbir görməyə başlayıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni bir sistem üzərində çalışan Facebook istifadəçiləri saxta profil ilə bağlı xəbərdar edəcək.
Belə ki, istifadəçinin profil şəkli və ya məlumatları götürülüb başqa bir hesab açılanda Facebook həmin istifadəçiyə bildiriş göndərəcək. Bu zaman sizdən profilinizi yoxlamaq tələb ediləcək.
Əgər həmin yeni profildə sizin şəkliniz və məlumatınız olsa, problemi şirkətə bildirəcəksiniz. Bundan sonra həmin profil saxta olaraq işarə olunacaq və avtomotik olaraq Facebook-a yönləndiriləcək. Şirkət bununla bağlı tədbir görəcək.
Əslində bu xidmət ötən ilin noyabr ayında istifadəyə verildi. Facebook-un məqsədi bunu bütün istifadəçilərin rahat istifadə etməsini təmin etməkdir.
Şirkət bu sistemi əsasən xanım istifadəçilərə görə yaradır.
Bu gün əsasən Facebook-un xanım istifadəçiləri belə problemlə üzləşir.
Günel
.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri