Facebook jurnalistlərin işini asanlaşdırıb

18-09-2015 / 11:35

Facebook şirkəti jurnalistlər və KİV nümayəndələri üçün informasiya axtarışı sistemi yaradıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Signal adlanan yeni layihə Facebook və Instagram servislərində xəbərləri və populyar mövzuları izləməyə imkan verir.

Facebook-un xəbərlər və qlobal media bölməsinin rəhbəri Endi Mitçelin sözlərinə görə, söhbət sosial şəbəkələrdən əldə edilən informasiyadan gedir. Biz Facebook şəbəkəsinin miqyasını və oradakı informasiyanın əhəmiyyətini nəzərə alaraq qarşımıza jurnalistlərin belə materiallardan istifadəsini asanlaşdırmaq məqsədi qoymuşuq.

KİV nümayəndələrinə yeni sistemdən istifadəyə icazə müraciət əsasında verilir.

Signal sistemi sayəsində jurnalistlər Facebook və Instagram şəbəkələrində dərc edilən şərh, fotoşəkil və videomateriallardan real vaxt rejimində istifadə edə biləcəklər.  

Facebook dünyanın ən böyük sosial şəbəkəsi olmaqla 1,5 milyard istifadəçiyə malikdir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə